Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1306/2023 12.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin X5 polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Xudat şəhəri, 6-cı şöbə ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon X6 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 10 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində sərxoş vəziyyətdə Xaçmaz rayonunun Xudat şəhəri, mərkəzi avtovağzal ərazisində yerləşən kafedə xidməti vəzifələrini yerinə yetirən Xaçmaz rayon Polis Şöbəsinin X5 əməkdaşları ilə mübahisə edib onların ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilmıəsinə baxmayaraq həmin ünvanda, polis bölməsinə dəvət edildikdən sonra isə bölmənin inzibati binasında hüquqazidd hərəkətlərini davam etdirib növbətçi hissənin iş rejimini pozmaqla polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin X5 polis sahə rəisi, polis kapitanı X4 göstərdi ki, Şəxs 10 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində sərxoş vəziyyətdə Xaçmaz rayonunun Xudat şəhəri, mərkəzi avtovağzal ərazisində yerləşən kafedə xidməti vəzifələrini yerinə yetirən Xaçmaz rayon Polis Şöbəsinin X5 əməkdaşları ilə mübahisə edib onların ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilmıəsinə baxmayaraq həmin ünvanda, polis bölməsinə dəvət edildikdən sonra bölmənin inzibati binasında hüquqazidd hərəkətlərini davam etdirib növbətçi hissənin iş rejimini pozmaqla polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 10 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Xaçmaz rayonunun Xudat şəhəri, mərkəzi avtovağzal ərazisində yerləşən kafedə olarkən sərxoş olduöundan həmin kafeyə gəlmiş, xidməti vəzifələrini icra edən polis əməkdaşlarının işlərinə müdaxiə edərək onlarla mübaghisə edib, nalayiq ifadələr işlətmiş, nizam intizama dəvət edilməsinə baxmayaraq orada, sonra X5 inzibati binasında əməkdaşlara əl-qol atıb hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X5 əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində daxil olmuş məlumat əsasında cinayət törətməkdə şübhəli olan şəxsin yerinin müəyyən edilib araşdırma aprılması üçün polis bölməsinə dəvət edilməsi məqsədilə digər polis əməkdaşları ilə birlikdə Xaçmaz rayonunun Xudat şəhəri, mərkəzi avtovağzal ərazisində yerləşən kafeyə getmişlər. Həmin zaman kafenin içərisində olan, sonradan şəxsiyyəti onlara məlum olan Şəxs sərxoş vəziyyətdə olmaqla onların xidməti fəaliyyətinə müdaxilə edib mübahisə edərək polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq həmin ünvanda, polis bölməsinə dəvət edildikdən sonra isə bölmənin inzibati binasında hüquqazidd hərəkətlərini davam etdirib növbətçi hissənin iş rejimini pozmaqla və polis əməkdaşına əl-qol-atmaqla polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X5 digər əməkdaşları Şahid2, X3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 12 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, şahidlərin ifadələri eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli, 212 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan tarixdə tibbi müayinədən keçmiş və onda “orta dərəcə” alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 02:10 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 11 oktyabr 2023-cü il tarixdən saat 02:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 11 oktyabr 2023-cü il tarixdən saat 02:10-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1306/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1306/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver