Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1309/2022 22.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, H.Əliyev küçəsi ev 34-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddələri üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 15:40 radələrində Xudat şəhərində Xudat dairəsi adlanan yerdə «VAZ 21140» minik markalı, 0369OY05 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırkı xəta ilə bağlı YPX əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılan gün, bir neçə saat əvvəl gecə saatlarında spirtli içki qəbul etmiş, səhəri gün isə avtomobilini idarə edərək taksi fəaliyyəti ilə məşğul olmaq üçün getmiş və avtomobili idarə edərkən polis əməkdaşı tərəfindən saxlanılmış və sərxoş olması müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, bununla o, bir il ərzində təkrarən sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmədə izahat verən inzibati xətaya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili sərxoş vəziyyətdə təkrarən idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 15:40 radələrində Xudat şəhərində saxlanılmış və sərxoşluğu müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş üzrə toplanmış material ilə tam təsdiq olunur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs hadisə vaxtı alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan inzibati tənbehvermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı elektron qərardan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində həmin qərarla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi üzrə cərimə inzibati tənbehi tətbiq edilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsindən (AE 626663) görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xx.xx.2019-xx.xx.2029-cu il müddətli, “BC” kateqoriyası üzrə sürücülük hüququ verən sənədi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin Məcəllənin 333.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi həmin Məcəllənin 333.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1309/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1309/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver