Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-131/2021 25.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində yaşayan Mövlamov Polad Tahir oğlunun Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsi tərəfindən Mövlamov Polad Tahir oğlunun barəsində TP ******* saylı qərar tərtib olunmuşdur. Mövlamov Polad Tahir oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin onun barəsində tərtib olunmuş TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mövlamov Polad Tahir oğlu şikayəti belə əsaslandırmışdır ki, xx.xx.2021 saat 17:05 radələrində Xaçmaz şəhəri Bakı Prospektində NZS kafe adlanan yerin qarşısında idarə etdiyi **-BR-*** dövlət qeydiyyat nömrəli vaz 21074 markalı avtomobillə X1 idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nömrəli Mersedes markalı avtomobil arasında baş vermiş yol qəzasında DİN-nin Xaçmaz DYPB-nin Polis kapitanı X2 xx.xx.2021-ci il tarixində guya onun təqsirli olduğuma qərar verərək 327.1-ci maddəsi ilə cərimə yazılmış digər nəqliyyat vasitəsinin isə təqsirsiz olduquna qərar vermişdir. Hadisə ilə bağlı ərazidə yerləşən kafenin təhlükəsizlik görüntüləri və əlavə foto və video çəkilişlərdən aydın şəklidə görünür ki, o, öz avtomobili ilə geriyə hərəkəti Yol hərəkəti haqqina Azərbaycan Respubliksaının qanununun 42-ci maddəsinin (Hərəkətə başlama və manevr etmə) 12,13,14 cü bəndləri nəzərə alınmaqla yolun boş olduğuna əmin olduqdan sonra həyata keçirmişdir və hərəkətə başladiqdan sonra yolun qarşı tərəfində yerləşən avtomobil təmiri sexinin həyətindən heç bir dönmə xəbərdarlıq nişanı verməyən Mersedes markalı avtomobil qəfil sürətlənərək təkəri yerində dövr etdirməklə (zmerka) avtoxuliqanlıq tərkibli hərəkətlərə yol verərək yolun hərəkət hissəsinə çıxmış və avtomobilin idarəetməsini tənzimləyə bilmədiyindən avtomobilinin arxa hissəsi sürüşmüş və onun avtomobilimin arxa hissəsindən vurmuşdur. Yol hərəkəti haqqinda Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin (Hərəkətə başlama və manevr etmə) 10-cu bəndində qeyd olunur ki, "Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Göstərilənlərə əsasən, Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati tənbeh vermə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi, inzibati xəta hadisəsinin olub-olmaması və işin digər halları səlahiyyətli orqan tərəfindən yenidən araşdırılmalıdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəyə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Mövlamov Polad Tahir oğlunun Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati vermə haqqında TP ******* saylı qərarından şikayəti təmin edilsin. Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və işyenidən baxılması üçün Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinə qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-131/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-131/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver