Məhkəmə qərarları › İş №3(067)-1310/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1310/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1310/2023 19.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, X1 Dövlət Miqrasiya Xidmətinin 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolunun ləğv edilməsinə dair ərizəsinə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: X2 Dövlət Miqrasiya Xidmətinin 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolunun ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-cı maddəsini rəhbər tutaraq, qəraraaldım: X1 Dövlət Miqrasiya Xidmətinin 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolunun ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar