Məhkəmə qərarları › İş №3(067)-1313/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1313/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1313/2023 31.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Protokol tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəh., Nizami ray. Mehrablı Küç. EV 54 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs, 25 sentyabr 2023-cü il tarixdə saat 16:45 radələrində Xudat şəhəri ərazisində Ford markalı **-BT-*** dövlət nömrə nişanlı avtomaşınla sərnişindaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı (fərqlənmə nişanı) təqdim etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi X3 izahatında protokolda göstərilənləri təsdiq etdi və inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 16:45 radələrində Xudat şəhəri ərazisində Ford markalı **-BT-*** dövlət nömrə nişanlı avtomaşınla sərnişindaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı (fərqlənmə nişanı) təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və inzibati xəta üzrə təqdim olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1963-cü ildə Gəncə şəhərində anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar