Məhkəmə qərarları › İş №3(067)-1318/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1318/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1318/2023 16.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun İlxıçı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 14 oktyabr 2023-cü il tarixdə, saat 16:20 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən Şəxsiyyətlər parkında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.1986-cı il təvəllüdlü Xaçmaz rayonu, İlxıçı kənd sakini Şəxs, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəxsiyyətlər” parkında olan vaxt ərazidə baş vermiş olan hadisələrnən bağlı xidmətdə olan zaman Xaçmaz RPŞ-nin CAB-nın əməkdaşları Şəxs əməlində şübhəli olmasınan əlaqədar olaraq əl-barmaq izlərinin çıxarılması üçün ona yaxınlaşaraq Xaçmaz RPŞ-yə dəvət etmək istəmişlər. O, polis əməkdaşlarının gəlməsindən həyəcanlanmış, polisin qanuni tələbinə tabesizlik göstərmişdir. O, Xaçmaz RPŞ-yə dəvət olunduqdan sonra əl-barmaq izi çıxarılmış, polisin qanuni tələbinə tabesizlik göstərdiyinə görə əməliyyat qrupu tərəfindən barəsində raport tərtib olunmuş və Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, törətdiyi əməldən peşman olduğunu, iki övladının olduğunu və qorxduğu üçün belə iş tutduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, o, törətdiyi əməli etiraf edir, barəsində cərimə növündə inzibati tənbeh təyin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları Xaçmaz şəhərində baş vermiş oğurluqlarda şübhəli olan Xaçmaz rayonu İlxıçı kənd sakini Şəxs yerini “Şəxsiyyətlər” parkında müəyyən edərək yaxınlaşan zaman sonuncu şəxs qaçmaq istəmiş, həmin vaxt o polis əməkdaşları tərəfindən saxlanılmış, onların ünvanına nalayiq ifadələr işlətmiş, polis tərəfindən dəfələrlə nizam-intizamlı olmağa dəvət edilsə də, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 oktyabr 2023-cü il tarix, saat 17:00-dan, 16 oktyabr 2023-cü il tarixə, saat 14:30-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1986-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun 14 oktyabr 2023-cü il tarix, saat 17:00-dan, 16 oktyabr 2023-cü il tarixə, saat 14:30-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar