Məhkəmə qərarları › İş №3(067)-1319/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1319/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1319/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X4 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 yazılı şikayətlə məhkəməyə müraciət edərək barəsində Ekologiya YPX-nin inspektoru X6 TF 601688 nömrəli xx.xx.2023-cü il tarixli qərarın (İXP ******* nömrəli protokol) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar 30.09. 2023cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 16 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, X2 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarın ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Ekologiya YPX-nin inspektoru X6 TF 601688 nömrəli xx.xx.2023-cü il tarixli (İXP ******* nömrəli protokol) qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar