Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-132/2024 07.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, inzibati xəta haqqındaprotokol tərtib etmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, 01400-00680/24 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən 2023cü il tarixdə bir gömrükbəyannaməsi üzrə müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 9191 ABŞ dolları vəsaitin xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi verdiyi izahatında bildirdi ki, Rusiya Federasiyasına meyvə tədarükü ilə məşğul olur. Həmin pul vəsaiti ixracatçının müvəkkil bankda olan hesabına bank tərəfindən gec köçürülmüşdür. Bunun səbəbi isə bank xərclərini nümayəndəsi olduğu hüquqi şəxsin üzərində saxlamaq olmuşdur. Lakin mal ixrac olunandan 3 ay sonra bank tərəfindən pulun köçürülməsi icra olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati orqan Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs MMC tərəfindən 2023-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilindən köçürülməli olan 9191 ABŞ dolları (15624,70 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Şəxs MMC tərəfindən həmin vəsait bank hesabına köçürülüb, lakin "xxxx" ASC-i tərəfindən vəsait hesaba gec köçürülmüşdür. Məhkəməiş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati işüzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli, 01400-00680/24 saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hesabdan çıxarışından görünür ki, Şəxs MMC-nin cari hesabına 9191 ABŞ dolları vəsait xx.xx.2023cü il tarixdə bank hesabına daxil olmuş, "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixdə köçürülməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə bank tərəfindən əməliyyat həyata keçirilmişdir. -xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixli 3-33-1700/2-004988/2023 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. -bildirişə əsasənxx.xx.2023-cü il tarixdə Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməmişdir. -xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən müəyyən edilir ki, Şəxs MMC tərəfindən dəyəri 9191,00 manat məbləğində mallar bəyan edilmişdir. -23 yanvar 2023-cü il tarixli “VAİS”-ə baxış protokulundan və həmin tarixli raportdan müəyyən edilir ki, Xaçmaz Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-009165/2023 saylı raportunun icrası ilə əlaqədar olaraq Şəxs MMC tərəfindən 2023-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 9191 ABŞ dolları (15624,70 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. -icraatın başa çatdırılması haqqında raportdan müəyyən olunur ki, 29 yanvar 2024cü il tarixdə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01400-00680/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105.1-cimaddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Belə olan halda ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan vəsait vaxtında köçürülmüşdür, lakin müvəkkil bank tərəfindən mal ixrac olduqdan 3 ay sonra vəsaitin köçürülməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 01400-00680/24 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aynur Əliyeva Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ AZ 1116, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 4 E Tel: (012) 525 11 55; Poçt ünvanı: Elektron ünvan № 3 (001)-3474/2023 19 sentyabr 2023-cü il Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxs): "xxxx" MMC-yə Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 54, mənzil 18 Protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs): Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə Ünvan: Bakı şəhəri, Salyan şossesi, 14-cü km AZ 1063 İnzibati xəta haqqında iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 3(001)-3474/2023saylı qərarı məlumatüçün Sizə göndərilir. Qoşma: qərar hər bir ünvana. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(067)-132/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-132/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver