Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1320/2025 30.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X9 X11 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs X4, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan , ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “FORD TRANSİT MİNİK” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu Hülövlü kəndi ərazisindən keçən magistral yolda hərəkətdə olarkən yaşayış zonasında hərəkət etmə və yaxud əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə və ya manevr etmə qaydalarının pozulması ilə müşayiət edilən hərəkətlərə yol verərək həmin ərazidə yolun əks hərəkət istiqamətində hərəkətdə olan X5 məxsus “VAZ 2107” markalı ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “VAZ 2107” markalı nəqliyyat vasitəsinə və həmin nəqliyyat vasitəsində sərnişin X1 YÜNGÜL bədən xəsarətləri yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X9 X11 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 09 avqust 2025-ci il tarixdə Xaçmaz rayonu, Hülövlü kənd yolunda Şəxs idarə etdiyi “FORD TRANSİT” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Aslan Aslanovun idarə etdiyi “VAZ 21070” markalı avtomobillə toqquşmuşdur. Həmin baş vermiş hadisə zamanı “VAZ 21070” markalı nəqliyyat vasitəsində olan sərnişin X6 xəsarət almışdır. Faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəxs barəsində protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəmə göndərilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi Ford markalı. **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Xaçmaz rayonu Hülövlü kənd yolunun kənarında yerləşən Təzə Bazar ərazisinə pamidor almaq üçün gəlmişdir. Bazar ərazisində alış-veriş etdikdən sonra bazardan çıxaraq geri qayıdaraq Bakı şəhərinə getmək istəmişdir və idarə etdiyi avtomaşını Aşağı-Zeyid kəndi istiqamətində yolun kənarında saxladığı yerdən manevr edərək Bakı şəhəri istiqamətinə çıxmaq istəmişdir. Yolun içərisində manevr edən zaman isə Aşağı Zeyid kəndi istiqamətində hərəkətdə olan Vaz 2107 markalı. 99-LH- 726 dövlət qeydiyyat nişanlı avtomaşın gələrək onun avtomaşınının sağ ön hissəsinə çırpılmışdır. Bundan sonra isə həmin avtomaşında sərnişin qismində əyləşmiş xanım çiyin nahiyəsindən xəsarət aldığını bildirdiyi üçün TTY-nin 103 qaynar xətdinə zəng edərək TTYB-nı hadisə yerinə çağırdıq və TTYB-nm əməkdaşları gələrək həmin xanımı Xaçmaz RMX-na apardılar. Hadisə zamanı isə heç bir xəsarət almadığını, və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Çiləgir kənd sakini X4 idarə etdiyi Vaz 2107 markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz rayonu Qobuqıraq kəndindən. Aşağı Zeyid kəndinə fındıq yığmaq üçün gedirmiş. Xaçmaz rayonu Hülövlü kəndi ərazisindən keçən magistral yolun kənarında yerləşən Təzə Bazarın yanma çatan zaman solun sol tərəfində, qarşı hərəkət zolağının kənarında dayanmış Ford markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı .-.vtomaşın ani olaraq onların hərəkətdə olduqları zolağa çıxmış və həmin avtomaşının sol ön hissəsinə çırpılmışdırlar. Həmin vaxt o. avtomobilin sağ ön oturacağında oturmuşdur və qəza zamanı huşunu itirmişdir. Ayılan zaman isə görmüşdür ki, hadisə yerinə polis əməkdaşları gəlmişdir və ətrafda olan şəxslər ona su verirlər. Sonradan çiyin nahiyəsinin ağrıdığını bildirmişdir və vəziyyəti yaxşı olmadığı üçün onu Xaçmaz RMX-ııa aparmışdırlar. Aldığı xəsarət ilə bağlı isə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Çiləgir kənd sakini X4 idarə etdiyi Vaz 2107 markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz rayonu Qobuqıraq kəndindən. Aşağı Zeyid kəndinə fındıq yığmaq üçün gedirmiş. Xaçmaz rayonu Hülövlü kəndi ərazisindən keçən magistral yolun kənarında yerləşən Təzə Bazarın yanına çatan zaman yolun sol tərəfində, qarşı hərəkət zolağının kənarında dayanmış Ford markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomaşın ani olaraq onların hərəkətdə olduqları zolağa çıxmış və həmin avtomaşının sol ön hissəsinə çırpılmışdırlar. Həmin vaxt o, avtomobilin sağ ön oturacağında oturmuşdur və qəza zamanı huşunu itirmişdir. Ayılan zaman isə görmüşdür ki, hadisə yerinə polis əməkdaşları gəlmişdir və ətrafda olan şəxslər ona su verirlər. Sonradan çiyin nahiyəsinin ağrıdığını bildirmişdir və vəziyyəti yaxşı olmadığı üçün onu Xaçmaz RMX-na aparmışdırlar. Aldığı xəsarət ilə bağlı isə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, ekspertiza rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə 01 sentyabr 2025-ci il tarixli qərar, tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 10 avqust 2025-ci il tarixli 508 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1986-cı il təvəllüdlü X3 məhkmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə və sol bud nahiyələrinin qançırları, döş qəfəsinin, yuxarı ətraf qurşağı, bazu və dirsəyin əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qararda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs X4 izahatından görünür ki, onun hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs X3 izahatından görünür ki, onun hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-1320/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1320/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver