Məhkəmə qərarları › İş №3(067)-1322/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1322/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1322/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X18 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X10, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Xaçmaz rayonu Pirquluoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu Pirquluoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında həmkəndlisi X6 və onun həyat yoldaşı X2 arasında mübahisə baş vermiş, həmin mübahisə zamanı X6 və X1 Gülnaz Nəsir qızını arxaya itələyərək ona fiziki ağrı yetirmişdirlər. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X15 göstərdi ki, o, qeyd olunan Xaçmaz rayonu Pirquluoba kəndində sahə müvəkkili kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında həmkəndlisi X6 və onun həyat yoldaşı X2 arasında mübahisə baş vermiş, həmin mübahisə zamanı X6 və X1 Gülnaz Nəsir qızını arxaya itələyərək ona fiziki ağrı yetirmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında Gülnaz Dögüşövanm onun qonşusu olduğunu, daha əvəllər onunla münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir ədavət və düşmənçiliyin baş vermədiyini göstərmişdir. Təxminən 6 il əvvəl Gülnazın yaşadığı evin qarşısında olan su arxından istifadə etmək üçün Gülnazdan icazə aldığını, həmin zaman Gülnaz və onun oğlu Raminin ona icazə verdiyi üçün o, həmin arxdan öz yaşadığı evə su arxı çəkdiyini və bağ sahəsini sulamaq üçün həmin arxdan istifadə etdiyini göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Gülnaz və oğlu Raminin həmin su arxının qarşısım kəsdiyi üçün ondan niyə su arxının qarşısını kəsdiyini soruşduğunu, bu zaman Gülnazın ona ! ürəyim belə istəyir” ifadəsini dediyini, buna görədə onunla aralarında mübahisənin baş verdiyini, həmin mübahisə zamanı həyat yoldaşım Fayəddində onların yanma gələrək niyə Gülnaza və Raminə niyə su arxının qarşısını kəsməsini dediyini, bu zaman Ramin və Fayəddin arasında mübahisə baş vermiş, həmin mübahisə zamanı Fayəddin və Ramin əlbəyaxa olmuşlar. O isə, Gülnazla mübahisə edən zaman Gülnazın boynundan tutmuşdur, lakin ona fiziki ağrı yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında barəsində şikayətçi olduğu Şərgiyə və onun həyat yoldaşı Fayəddinin onun qonşuları olduğunu, daha əvvəllər onunla aralarında düşmənçilik və ədavət baş vermədiyini göstərmişdir. Bir neçə il bundan əvvəl Fayəddinin ondan yaşadığı evin qarşısında olan su arxından öz yaşadığı bağ sahəsinə su çəkmək məqsədi ilə xahiş etdiyini, bu zaman Fayəddinlə razılaşdığını, Fayəddinə həmin su arxından istifadə etməsinə icazə verdiyini göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həmin su arxı daşdığına görə, həmçinin yaşadığı evin qarşısından pis qoxu gəldiyinə görə həmin su arxanını bağlamaq qərarına gəldiyini, daha sonra oğlu Raminin həmin su arxının şülüzünü laqonda ilə kəsən zaman qonşuları Fayəddin və onun həyat yoldaşı Şərgiyənin onun yanma gələrək ondan niyə su arxının şülüzünü kəsməsini soruşduğunu, beləliklə aralarında mübahisənin baş verdiyini, həmin mübahisə zamanı Fayəddinin və Şərgiyənin onun üstünə hücum çəkdiyini, onu itələyərək yerə yıxdığını, ona fiziki ağrılar yetirdiyini, həmçinin nalaiq ifadələr ilə təhqir etdiyini göstərmişdir. Bundan sonra onların yanma digər qonşusu Cəlaləddinində gələrək onunla mübahisə etdiyini, onu nalaiq ifadələr ilə təhqir etdiyini göstərmişdir. O, izahatında aralarında baş vermiş mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin zaman onun yanında oğlu Raminində olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində izahatı alınmış X17 izahatında qonşusu Fayəddinin yaşadığı evin həyətinin qarşısından keçən su arxından bir neçə il əvvəl müvəqqəti olaraq həyətinə su aparmaq məqsədi ilə arxdan istifadə üçün anası Gülnazdan və ondan xahiş etdiyini, bu zaman anasının və özünün onunla müvəqqəti həmin su arxından istifadə etməsinə görə razılaşdığını göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində anası Gülnaz yaşadığı evdə olan zaman ona evin həyətində olan su arxının daşdığını, həyətdən pis qoxunun gəldiyi üçün onu təmizləməsini dediyini, bu zaman həmin su arxını təmizləməyə başladığını, qonşusu Şərqiyənin anası Gülnazın yanma gələrək su arxını niyə bağladığını dediyini, bu zaman anası Gülnazın Şərgiyənin sözü ilə razılaşmadığına görə Şərqiyə onun üstünə hücum çəkərək onun saçından tutaraq yerə yıxdığını göstərmişdir. Bundan sonra Şərqiyənin həyat yoldaşı Fayəddinində anası Gülnazın yanma gələrək onun başına və qol nahiyyəsinə yumruq zərbələri endirməyə başladığını, onları sakitləşdirdikdən sonra digər qonşusu Cəlaləddin onların yanma gələrək oda Fayəddin və Şərqiyə ilə birlikdə onu və anası Gülnazı nalaiq ifadələr ilə təhqir etməyə başladığını göstərmişdir. O, izahatında baş vermiş hadisə zamanı heç bir xəsarət almadığını göstərmişdir. Məhkəmədə şahid qismində izahat verən Şahid2 izahatında Gülnaz Dögüşövanın onun qonşusu olduğunu, daha əvəllər onunla münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir ədavət və düşmənçiliyin baş vermədiyini göstərmişdir. Təxminən 6 il əvvəl Gülnazın yaşadığı evin qarşısında olan su arxından istifadə etmək üçün Gülnazdan icazə aldığını, həmin zaman Gülnaz və onun oğlu Raminin ona icazə verdiyi üçün o, həmin arxdan öz yaşadığı evə su arxı çəkdiyini və bağ sahəsini sulamaq üçün həmin arxdan istifadə etdiyini göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Gülnaz və oğlu Raminin həmin su arxının qarşısını kəsdiyi üçün ondan niyə su arxının qarşısını kəsdiyini soruşduğunu, bu zaman Gülnazın ona !ürəyim belə istəyir” ifadəsini dediyini, buna görədə onunla aralarında mübahisənin baş verdiyini, həmin mübahisə zamanı həyat yoldaşım Fayəddində onların yanına gələrək niyə Gülnaza və Raminə niyə su arxının qarşısını kəsməsini dediyini, bu zaman Ramin və Fayəddin arasında mübahisə baş verdiyini, həmin mübahisə zamanı Fayəddin və Ramin əlbəyaxa olduğuna görə Gülnaz Fayəddinin üstünə getdiyi üçün o, Gülnazı arxadan tutaraq geriyə itələdiyini və Gülnazın arxaya gedərək yerə yıxıldığını, bundan sonra digər qonşusu Cəlaləddin onların yanına gələrək onları sakitləşdirdiyini göstərmişdir. İşdə olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 11 aprel 2023-cü il tarixli, 164 saylı rəyindən görünür ki, 1952-ci il təvəllüdlü X7 məhkəmə-tibb və rentgenoioji müayinələri zamanı aşkar edilmiş xəsarətlər - sol said və sol bazu nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 11 may 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, tərtib edilərək Şahid2 barəsində inzibati tənbeh tədbiri tətbi edilməsi üçün iş məhkəməyə göndərilmiş, iş materialları məhkəmə tərəfindən araşdırılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iş üzrə Zərərçəkmiş şəxs izahatlarından görünür ki, hadisə zamanı orada qonşu X3 da olmuşdur. Lakin inzibati icraat zamanı şahidin izahatı təhqiqat araşdırması zamanı səthi və keyfiyyətsiz alınsa da, inzibati icraat zamanı alınmamışdır. Belə ki, X3 təhqiqat araşdırması zamanı izahatında mübahisəni gördüyünü qeyd etsə də, mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarətin kim tərəfindən yetirilməsi araşdırılmamış və bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 11 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan 15 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat təzələnərək 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında işin adiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilərək işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 11 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarına əlavə edilmiş SD diskə məhkəmə baxışı iclasında keçirilmiş baxışdan müəyyən edilmişdir ki, həmin mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs saçından tutmuş sonra isə itələyərək onu yerə yıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxsnu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar