Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1324/2024 22.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz RPŞ-nin nümayəndəsi X2, Zərərçəkmiş şəxslər X4 və X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Zərdabi kəndində yaşayır Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunda yerləşən RQİ və RPŞ-nin inzibati binasında ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunda yerləşən RQİ və RPŞ-nin inzibati binasında ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. xx.xx.2024-cü ildə icraatına raport daxil olmuşdur. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, heç nə etməmişdir. Düşünür ki, onunla ədavət aparırlar. O, qeydiyyat şöbəsinə getmiş və bir əməkdaş onu içəri buraxmadı. Həmin şəxs onun qardaşı oğlu ilə mübahisəlidir. Ona görə də onunla belə davranırlar. Onu kabinetdən qovdu və bildirdi ki, onu qəbul etməyəcək. Onun məqsədi maşınını qeydiyyata aldırmaq olub. Dedi ki, etməyəcək və bir də bura, bu əraziyə gəlməsin. Qolundan tutub onu çölə çaxıarmağa çalışdı. O, da ona toxunmamağı bildirdi. Güya o, şəhid ailəsi adı ilə istifadə etmişdir. Lakin belə bir hadisə olmamışdır. O, dəfələrlə orada olmuşdur, lakin ilk dəfədir ki, belə hadisə olur. Ona qarşı pis davranıblar. O, isə heç kimə qarşı pis və kobud davranmayıb. Orada səsini yüksəltməyib, onun səs tonu belədir. Əlavə olaraq bildirdi ki, o etdiyi əməldən peşmandır. İstəməzdi belə hal olsun. Cərimə olunmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, onlara sənədlər daxil olandan sonra baxılır və sıra ilə vətəndaşlar gəlir baxış keçirilir. xx.xx.2024-cü ildə səhər saatlarında səs-küy eşidib otağa daxil olub görüb ki, vətəndaş əməkdaşlarla mübahisə edir. O, səs küy salmışdır ki, maşını qeydiyyatdan keçirilmədən sənədləri hazırlansın. Lakin elə bir hal mümkün deyildir. Həmin hadisə ilə bağlı kamera görüntüləri də var. Əlavə olaraq bildirdi ki, Şəxs koridorda səs küy salmış, ictimai qaydanı pozmuşdur. Məhkəmədə digər zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs onun xidmət apardığı zaman gəlib növbəsiz keçmək istəyib. Səbirli olub, gözləməli olduğunu bildirəndə o, aqressivlik göstərmiş və mübahisə yaratmış, idarənin koridorunda qışqırıq salmış, səs küy salmışdır. Hərəkətləri aqrressiv və yöndəmsiz idi. Onu pis vəziyyətə salmış, onu vətəndaşlara qarşı vəzifəsini yerinə yetirə bilməyən kimi görüntüləmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, işdə iştirak edən şəxsləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə Şəxs izahatını özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 21:40-da inzibati qaydada tutulmuşdur və indi məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs tətbiq edilməklə öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1979-cu ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsin əvvəli 21 oktyabr 2024-cü il saat 21:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1324/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1324/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver