Məhkəmə qərarları › İş №3(067)-1327/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1327/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1327/2022 25.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Xaçmaz rayonunun Nizova kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Məktəbli küçəsi ev 1A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 2957/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 9000 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. Həmçinin Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-14/2019 saylı icra sənədinə əsasən 14000 manat məbləğində pul təqsirləndirilən şəxs Şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X3 verilməlidir. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildirişlər göndərilmişdir. İş üzrə borcluya dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hazıradək cəmi 3700 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 2957/2017 saylı icra sənədinə əsasən ondan 9000 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-14/2019 saylı icra sənədinə əsasən 14000 manat məbləğində pul ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X3 verilməlidir. O, borclu olduğu həmin məbləğləri maddi imkanının olmaması səbəbindən ödəyə bilmədiyini, bugünədək 3700 manat ödədiyini, qalan məbləğləri isə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişləri almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, 3700 manat ödəniş etməsini, 54 yaşının olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1967-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 750 (yeddi yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar