Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1328/2022 09.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 -oğlunun iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 avqust 2022-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 avqust 2022-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 avqust 2022-ci il tarixli qərarı ilə X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, 28 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə, barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. 12 avqust 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 28 iyul 2022-ci il tarixdə ünvan 1tlər İdarəsinin əməkdaşları “Malibu” istirahət mərkəzinin ərazisində olan sanitar qovşaqlarının və hovuzun tullantı və çirkab sularının təmizlənməmiş bir başa ərazidən keçən kiçik çaya axadılması adıyla onu cərimə edəcəklərini bildirmişlər. Onlar “Malibu” istirahət mərkəzi ilə onun arasında heç bir məsuliyət, icarə və sair müqavilə olmadığını, “Malibu” istirahət mərkəzinin digər bir şəxslə icarə müqaviləsinin bağlandığı bildirmişlər. Bundan başqa həmin əməkdaşlara “Malibu” istirahət mərkəzinin Xudat Mənzil Kommunal Təsərrüfatı idarəsi ilə məişət və istehsalat tullantıların daşınmasına dair və çirkab suların daşınması üçün xidməti müqavilələr təqdim edilmişdir. Həmin müqavilədə xidmətin göstərilməsinə görə Xudat Mənzil Kommunal Təsərrüfat idarəsinə bank vasitəsi ilə hesabdan hesaba 06 iyul 2022-ci il tarixdə 750 manat, 02 avqust 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 600 manat rüsum ödənilmişdir. Bütün bunlara baxmayaraq 18 avqust 2022-ci ildə hansı şəraitdə kimin iştirakı ilə tərtib olunduğu məlum olmayan, cərimə olunması ilə bağlı tərtib edilmiş qərarda imzası olmasada qeyri müəyyən şəraitdə tərtib olunmuş cərimə protokolu poçt vasitəsi ilə ünvanına göndərilmişdir. Hesab edir ki, ünvan 1tlər İdarəsinin rəisi X10 inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 ifadə verərək qeyd olunan protokolun düzgün olaraq tərtib edildiyini və dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2022-ci il tarixli, Ç0BM/4422-238-1522 saylı məktubundan görünür ki, barəsində 2500 manat cərimə olunması barədə məlumat verilərək cərimənin müvafiq hesab ödənilməsi bildirilmişdir. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1tlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu Seyidlərkəndyeri kəndində yerləşən “Malibu” istirahət keçirilmiş baxış zamanı mərkəzin ərazisində olan sanitar qovşaqlarının və hovuzun tullantıları və çirkab sularının təmizlənmədən birbaşa ərazidən keçən kiçik çaya axıdılması müəyyən edildiyindən X5 iştirakı təmin edilmədən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli məişət və istehsalat tullantılarının daşınmasına dair müqavilədən görünür ki, Sifarişçi X8 direktoru X7 ilə Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında hər ay çirkab sulların daşınması ilə bağlı 150 manat müqabiləndə 15 sentyabr 2022-ci il tarixədək müddətə müqavilə bağlanmışdır. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli məişət və istehsalat tullantılarının daşınmasına dair müqavilədən görünür ki, Sifarişçi X8 direktoru X7 ilə Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında hər ay çirkab sulların daşınması ilə bağlı 250 manat müqabiləndə 15 sentyabr 2022-ci il tarixədək müddətə müqavilə bağlanmışdır. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli, Ç-OM/4422-183 saylı ünvan 1tlər İdarəsi ilə X11 arasında çirkab sulların, atmosferə atılan zərərli maddələrə görə, bərk tullantıların ətraf mühitə yerləşdirilməsinə görə illik 600 manat müqavilə bağlanmışdır. Məhkəmə şikayətçi-X5 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsaslı olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 avqust 2022-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə şikayət ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, bütün müvafiq sənədləşdirmə işləri X5 adından aparılsa da, inzibati məsuliyyətə X9 cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 12 avqust 2022-ci il tarixli X8 məsul əməkdaşı cəlb edilməli olduğu, idarə həmin istirahət mərkəzini kim tərəfindən idarə olunması araşdırmadan, hətta həmin vaxt Şahlar Nəsirov orda olmadığı halda onu məsul əməkdaş kimi göstərərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilərək cərmələmişdir, yəni səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 avqust 2022-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğu üçün, eləcə də, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədi ilə inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 avqust 2022-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Xaçmaz Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1328/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1328/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver