Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1329/2022 09.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi 5 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə 5 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində 5 X5 və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, cərimə edilmiş “Lotos” istirahət mərkəzi ilə onun heç bir icarə müqaviləsi yoxdur, həmin istirahət mərkəzi başqa şəxslə müqavilədədir. xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon 5 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən onun barəsində Azərbaycan Respublikasının MN-nin 244.1-266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon 5 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Lotos” istirahət mərkəzi tərəfindən DMF-nin torpaqları məişət tullantıları ilə zibilləndirilib, məişət tullantıları torpaq çalada basdırılıb, məişət çirkab suları təmizlənmədən DMF-nin ərazisinə axıdılması adı ilə onu cərimə edəcəklərini bildirmişlər. Onlara “Lotos” istirahət mərkəzi ilə onun arasında heç bir məsuliyyət, icarə və sair müqavilə olmadığını, “Lotos” istirahət mərkəzinin digər bir şəxslə icarə müqaviləsi bağladığını bildirmişdir. Bundan başqa, həmin əməkdaşlara “Lotos” istirahət mərkəzinin Xudat Mənzil Kommunal Təsərrüfatı idarəsi ilə məişət və istehsalat tullantılarının daşınmasına dair və çirkab suların daşınması üçün xidməti müqavilələr təqdim edilmişdir. Həmin müqavilədə xidmətin göstərilməsinə görə Xudat Mənzil Kommunal Təsərrüfatı idarəsi və 5 X5 və Tabii Sərvətlər İdarəsininin hesabına rüsum ödənilmişdir. Bütün bunlara baxmayaraq, xx.xx.2022-ci ildə hansı şəraitdə, kimin iştirakı ilə tərtib olunduğu məlum olmayan, cərimə olunması ilə bağlı tərtib edilmiş qərarda imzası olmasa da, qeyri-müəyyən şəraitdə tərtib olunmuş cərimə porotokolu poçt vasitəsi ilə onun ünvanına göndərilmişdir. Hesab edir ki, Xaçmaz rayon 5 X5 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında qərarı qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən 5 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında izahat vermiş 5 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, şikayət vermiş şəxs Şahlar Nəsirov özünü səlahiyyətli nümayəndə kimi təqdim edərək onlara etibarnamə təqdim etmiş, etibarnamə ilə tanış olub inzibati xətaya dair protokol tərtib edilmişdir. Lakin inzibati araşdırma zamanı qeyd olunan etibarnamənin digər fiziki şəxs adından bank əməliyyatlarının icrası üçün verildiyinə diqqət yetirməmişlər. Şikayət vermiş şəxs məhkəməyə ərizə ünvanlayaraq şikayəti müdafiə etdiyini və şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə 5 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 5 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 244.1 və 266.1-ci maddələri ilə 3000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından şikayət vermiş şəxs X2 Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən “Lotos” istirahət mərkəzinin fəaliyyətində hər hansı hüquqi və ya faktiki səlahiyyətinin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin 5 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı qeyd olunan inzibati xətaya görə şikayət vermiş şəxsin məsuliyyət daşımasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. 5 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün 5 X5 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1329/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1329/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver