Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1330/2023 20.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz st. X11 Yalama st. X9 Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz st. X11 Yalama st. X8 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Xudat stansiyasının perronunda sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz st. X11 Yalama st. X9 Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili X2 göstərdi ki, Şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Xudat stansiyasının perronunda sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 20 oktyabr 2023-cü il tarixdə gecə saatlarında sərxoş olduğundan Xudat stansiyasının perronunda ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, ərazidə xidmətdə olan polis əməkdaşları iradlarını bildirmələrinə baxmayaraq hərəkətlərini davam etdirmişdir. Hərəkətindən peşmandır. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz st. X11 Yalama st. X9 Post patrul xidməti manqasının polis nəfəri X7 göstərdi ki, 20 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində polis serjantı Elman Həbibovla birlikdə Xudat stansiyasının perronunda xidmətdə olarkən bir nəfər sonradan şəxsiyyəti onlara məlum olan Şəxs sərxoş vəziyyətdə olmaqla ucadan nalayiq ifadələr işlətdiyini müşahidə edərək ona yaxınlaşıb iradlarını bildirmişlər. Lakin Şəxs hərəkətlərini davam etdiyindən onu Yalama st. Xətt polis bölməsinə dəvət etmişlər və onun barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz st. X11 Yalama st. X9 Post patrul xidməti manqasının polis nəfəri X6 şahid qismində dindirilmiş X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 20 oktyabr 2023-cü il tarixli, 216 nömrəli aktından görünür ki, Şəxs 20 oktyabr 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, onda “yüngül dərəcə” alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, şahid ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs törətdiyi xətanı etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs xətaya sərxoş vəziyyətdə yol verməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 10:40 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 20 oktyabr 2023-cü il tarixdən saat 10:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 20 oktyabr 2023-cü il tarixdən saat 10:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva.
Məhkəmə qərarları › İş №3(067)-1330/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1330/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver