Məhkəmə qərarları › İş №3(067)-1335/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1335/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1335/2024 23.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Sumqayıt Apellyasiya məhkəməsini 11 iyul 2024-cü il tarixli, 2(105)-1163/2024 saylı icra sənədi üzrə X2 atası ilə görüş verməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 03 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə Zərərçəkmiş şəxs övladı 25 avqust 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü 10-dan 17-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qeyd olunan icra sənədi ilə bağlı borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Həmçinin 11 oktyabr 2024-cü il tarixdə borclunun izahatı alınmışdır, borclu izahatında uşağın tələbkarla görüşdürməyə heç bir etiraz etmədiyini, lakin təklikdə olaraq atasına verməkdə imtina etməsini və öz evlərinə aparmasına özü etirazını bildirmişdir. Borcluya tərəfimizdən sual verilmiş evlərinə qoymamağının səbəbi ilə bağlı, borclu bildirmişdir ki, uşaq nənəsindən qorxduğu üçün və psixologiyasına ziyan olduğuna görə həmin evə aparılmasına etiraz etmişdir. Bununla bağlı təkrarən borcluya xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq qeyd olunan icra sənədi keçən həftənin bazar günü də yenə icra olunmamış qalmışdır. Bununla bağlı bu gün icra şöbəsinə dəvət edilib təkrar borclunun izahatı alınmışdır. Həmçinin izahatında olduğu kimi yəni keçən dəfə verdiyi izahatında verdiyi ifadə ilə eyni izahat vermişdir. Yəni uşağı təklikdə evlərinə aparmasını qoymur, amma ümumilikdə görüşməsinə etiraz eləmir. Özünün iştirakı ilə görüşməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, qətnamənin icrası ilə bağlı heç bir maneəçilik törətməmişdir. Əksinə tələbkara hər zaman uşağı görməsinə şərait yaratmışdır. Tələbkarın evinə gəlib getməsinə, uşağla görüşməsinə heç bir etiraz etməmişdir. Yalnız uşağı özünün iştirakı ilə görüşməsini istəmişdir. Hətta qətnamədə hər həftənin bazar günü qeyd olunsa da o, tələbkara həftənin istənilən günü gəlib uşağının görə biləcəyini belə demişdir. O, yalnız uşağın tələbkar ilə birlikdə onun, yaşadığı evə getməsinə icazə vermir. Buna səbəb isə tələbkarın anası yəni onun keçmiş qaynanası uşaqla o, evdə olarkən tələbkar növbədə olan zaman üzərilərinə gələrək evindən çıxıb getmələrini, yoxsa ikisini də öldürəcəyini bildirmişdir. Bu uşağın yadından çıxmır, uşağın qışqırığı, qorxusu onun qulağından getməmişdir. İndi də deyəndə yanında ki, gedirsən? Deyir ki, getmirəm qorxuram deyir. Nənəsinin adı Sədaqətdir, Sədaqətdən qorxuram deyir. Bu səbəbdən də o, uşağının tələbkar ilə birlikdə onun yaşadığı ünvana getməsinə icazə vermir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclunu anası ilə bağlı dediklərini o, vaxtı Sumqayıt Apellyasiya məhkəməsində işə baxılarkən də bu barədə demişdir, Onda Sumqayıt Apellyasiya məhkəməsinin hakimi İlqar Dəmirov xanıma sual vermişdir ki, uşaq azyaşlı olduğu müddətdə, getdiyiniz 01 il 04 aydır yəni bu uşaq bu evdən çıxıb. Bu 01 il 04 ayda uşaq əyər nənəsi onun üzərinə gəlmişdisə o, uşaq indiyə qədər onu yadında saxlaya bilməz. O, uşağın öyrədilmiş formasıdır. Bundan əlavə olaraq o, uşağı ilə ünsiyyətdə olmaq hüququna toxunaraq bildirmişdir ki, o, bir ata kimi uşağı ilə təkbətək görüşmək istəsə də borclu buna imkan verməmişdir. Borclu hər zaman onun oğlu ilə görüşməsinə yalnız özünün iştirakı ilə imkan vermişdir. O, bir ata kimi uşağı ilə təkbətək gününü keçirmək, uşağının maddi və mənəvi maraqlarını öyrənmək istəyir. Lakin buna baxmayaraq borclu bunun üçün ona imkan yaratmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 23 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin maddənin tərkib əlamətləri yoxdur. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(105)-1163/2024 saylı icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs övladı 25 avqust 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək olmaqla ünsiyyət hüququ verilmişdir. Məhkəmə iclasında tərəflər ifadə verərkən qətnamənin icrasının pozulması ilə bağlı hər hansı bir fakt öz əksini tapmamış, görüldüyü kimi, ünsiyyət hüququ pozulmamış və bu faktı icra məmuru Nümayəndə da təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(105)-1163/2024 saylı icra sənədi ilə iddiaçı Zərərçəkmiş şəxs övladı 25 avqust 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək olmaqla ünsiyyət hüququ verilmişdir. Şəxs həmin icra sənədinə əsasən tələbkara uşağı ilə görüşməsinə lazimi şərait yaratmışdır və onun tələbkarın uşağı ilə görüşməsinə heç bir maneə törətməsi təsdiq olunmamışdır. Tələbkar Zərərçəkmiş şəxs isə, icra sənədində qeyd olunmayan şərtlərlə uşaqla görüşmək niyyətindədir, yəni uşağı özü ilə yaşadığı evinə apara bilməməsindən narazıdır. Bu isə, Şəxs tərəfindən heç də icra məmurunun qanuni tələblərini pozmaq kimi qiymətləndirilə bilməz. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar