Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1337/2024 06.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X3 və Xaçmaz RPŞ DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 iştirakları ilə X3 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binaasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Yol Patrul Xidmətinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş 100 manat məbləğində cərimə edilir. O, hər hansı bir yolayrıcını keçmə qaydalarını pozmamışdır. Ona görə də, zərurət qarşısınıda qalaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz RPŞ DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X6 iş üzrə izahatında göstərmişdir ki, qeyd olunan qərar və protokoldan əlavə məhkəməyə kifayət qədər sübut təqdim edə bilmirlər. Yəni həmin yolayrıcında video-görüntü və ya fotoşəkil mövcud deyildir. Qərarın ləğv edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 iş üzrə izahatında göstərmişdir ki, yol ayrıcını keçmə qaydalarının pozulması ilə təqsirli bilinərək Xaçmaz rayonu Yol Patrul Xidmət inspektoru polis kiçik serjantı X2 tərtib etdiyi inzibati tənbeh vermə qərarı ilə 100 manat cərimə olunmuşdur. O, hər hansı bir yol ayrıcını keçmə qaydalarını pozmamışdır. Ona yazılan cərimənin əsassız və qanunsuz olduğunu hesab edir və qərarın ləğv edilməsini xahiş edir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən halların mövcudluğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə icraata hazırlıq mərhələsində xitam verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin, inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz RPŞ DYPBnin nümayəndəsi məhkəmə iclasında izahatında inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntülərin və ya hər hansı bir fotoşəkilin olmadığını bildirmiş, habelə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsini sübut edən dəlilləri məhkməyə təqdim edə bilməmişdir. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, o, inzibati məsuliyyətdən azad olunmalıdır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli və X5 barəsində olan Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində olan Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X2 inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1337/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1337/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver