Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1339/2024 24.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1978-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcludan iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay cəmi 260 manat aliment tələbkarın xeyrinə ödənilməlidir. Borclu 7340 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq iki uşağın saxlanması üçün cəmi 260 manat aliment alınaraq X1 xeyrinə ödənilməlidir. İcra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 18 yanvar 2022-ci il tarixdə daxil olmuşdur. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 7340 manat ödənilməmiş aliment borcu vardır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqdim etdiyi qəbzlərə görə 4100 manat ödəniş etmiş və 7340 manat ödənilməmiş borcu qalmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iddia edir ki, başqa ödənişlər də etmişdir. Tələbkar aliment borcuna görə Ədliyyə Nazirliyinin qaynar xəttinə və həmçinin bir neçə orqana şikayət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adında 0,25 ha əkin sahəsi, 0,06 ha həyətyanı torpaq sahəsi və hazırda tələbkarın yaşadığı ev vardır. 0,06 ha həyətyanı torpaq sahəsində ev olduğundan üzərinə həbs qoymaq mümkün deyildir. Barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar təqdimatla məhkəməyə müraciət olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 2024-cü il üçün yanvar ayında 100-100 manat, martda 200-100-200 manat, apreldə 200-50-300 manat, mayda 200 manat, iyunda 200-100 manat, iyulda 200 manat, avqustda 200 manat olmaqla ödənişlər etmişdir. O, inzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, ödənişlər etməkdən boyun qaçırmır. Son ödəniş tarixi bir gün əvvəlki tarix olmuşdur. O, artıqlaması ilə ödənişlər etdiyini, lakin ödəniş qəbzlərini saxlamadığını bildirmişdir. O, hər ay ərzində 600-700 manat, bəzi vaxtlarda isə minimum 300 manat məbləğində tələbkarın kartına ödənişlər etmişdir. O, həmin kartdan çıxarış edilməsini xahiş etmişdir. Tələbkar özü boşanmışdır. Bakı şəhərində - (Abşeronda) olan evini tələbkara verərək həmin evdən çıxmışdır və hazırda özü Bakı şəhərində kirayədə yaşayır. Boşandıqdan sonra bir il ərzində övladlarına baxmışdır. O, fəhlə işləyir və gəliri sabit deyildir. Belə ki, hər ay 200-300 manat məbləöində gəliri olur. O, adında olan 0,25 ha torpaq sahəsinin və 0,06 ha həyətyanı torpaq sahələrinin çıxarış əsasında başqasına aid olmasını bildirmişdir. Yalnız onun adında Bakı şəhərində olan ev vardır. O, ödənişlər etdiyini, lakin ödəniş çeklərini saxlamadığını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq o, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciəti daxil olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3050/2021 saylı icra vərəqəsindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. X3 ilə Şəxs arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. 23 iyul 2007-ci il təvəllüdlü X9 oğlu və 05 noyabr 2012-ci il təvəllüdlü X10 oğlu anaları X1 yanında qalsınlar. Şəxs X1 xeyrinə 23 iyul 2007-ci il təvəllüdlü X9 oğlunun və 05 noyabr 2012-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulsun. - xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. - Borclunun xx.xx.2024-cü il tarixli izahatından və ona göndərilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüş, lakin qeyd olunan icra sənədi üzrə hazırda 7340 manat ödənilməmiş aliment borcu vardır. O, bu günədək ödəniş edə bilmir, çünki işləmir. Bu ay 300 manat ödəniş etmişdir. O, ödənilməmiş aliment borcunu tam olaraq ödəyə bilməsə də, hər ay 300-350 manat ödəniş edəcəyinə söz vermişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərində onun adında ********** qeydiyyat nömrəli (**********55 reyestr nömrəli), ********** qeydiyyat nömrəli (**********48 reyestr nömrəli) torpaq sahələri və ********** qeydiyyat nömrəli (**********22-053 reyestr nömrəli) mənzil vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 32.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mütəmadi olaraq ödənişlər etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddələrə əsasən əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, aliment borcundan mütəmadi olaraq müəyyən ödənişlər etməsini, özünə məxsus mənzili zərərçəkmişin istifadəsinə verməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxx 1978-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1339/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1339/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver