Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1341/2024 04.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X7 yol polisi bölməsi yol patrul xidməti inspektoru Nümayəndə, X2in iştirakları ilə, 20 yanvar 1979-cu ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan X5 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Polis Şöbəsinin 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə saatda 40-50 km sürətlə gələrək işıqforun yaşıl işığında keçəndən sonra işıqforun sarı işığı sonra isə anidən qırmızı işığı yanmışdır. İşıqforun yaşıl işığı yanmış olduğu vaxt artıq o, yolun mərkəzində olmuşdur. Ona görə də nəqliyyat vasitəmi saxlamadan hərəkətini davam etdirmək məcburiyyətində qalmışdır. Lakin buna baxmayaraq o, işıqforun yaşıl işığında keçdiyi halda ona 100 manat cərimə yazılıb və o buna görə həmin cərimə ilə razılaşmayaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X7 yol polisi bölməsi yol patrul xidməti inspektoru Nümayəndə qərarının əsaslı olduğunu və sübut olaraq video diskin olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X10 Bölməsinin 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 oktyabr 2024-cü il tarixdə X5 idarə etdiyi “MERCEDES BENZ C230” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Xaçmaz şəhəri, Bakı prospektinin kəsişməsində ki, yol ayrıcıda yerləşən svetorforun yaşıl işığından qırmızı işığına keçməsinə baxmayaraq nəqliyyat vasitəsini dayandırmalı olduğu halda bunu etməmiş və buna səbəb kimi də, yanında ki, yoldaşlarla söhbətə başını qarışdığını bildimişdir. Bununla da o, qüvvədə olan qanunun tələblərini pozmuşdur; 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 19 oktyabr 2024-cü il tarixdə X5 idarə etdiyi “MERCEDES BENZ C230” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən yol ayrıcında dayanma durma qaydaları ilə bağlı qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, 19 oktyabr 2024-cü il tarixdə X5 oğlu idarə etdiyi “MERCEDES BENZ C230” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə svetoforun sarı işığına keçməklə qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X10 Bölməsinin 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2in Xaçmaz rayon X10 Bölməsinin 19 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1341/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1341/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver