Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1342/2023 02.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi X3, şikayətçi X2 iştirakı ilə, X5 tərəfindən Xaçmaz RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz RPŞnin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, güya xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, Nəsimi küçəsində yerləşən Xaçmaz rayon məhkəməsinin həyətində X4 döymüşdür. Xaçmaz rayon məhkəməsinin həyətində X6 onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman o, əsəbiləşərək Rəşad Camalovun üzərinə getmiş, sonuncuya əl uzatsa da, əli ona çatmamışdır. Hadisə yerində X6 dərhal polisin 102 qaynar xəttinə zəng edərək onun tərəfindən döyülməsi barədə şikayət etmişdir. Həmin əməli törətdikdən 10 gün sonra o, Xaçmaz RPŞ-yə dəvət olunaraq izahatı alınmış və qabaqcadan xəbərdarlıq olunmadan 300 manat məbləğində inzibati cərimə olunmuşdur. O, ekspertizanın rəyinən razı deyil. Həmçinin bildirmişdir ki, o, Rəşad Camalovun ünvanına nalayiq ifadələr işlətməmişdir. Həmin əməli törədərkən onun yanında bacısı və oğlu olmuş, Rəşad Camalov isə tanışı ilə birlikdə olmuşlar. O, Xaçmaz rayon məhkəməsinin iclas zalından çıxarkən, pilləkənlərdə Rəşad Camalov onu söyərək məhkəmənin önünə doğru hərəkət etmiş, bu zaman o, həmin yerdə Rəşad Camalovun üzərinə hərəkət etmişdir. Məhkəmə iclasında izahat vermiş X5 qazi anası olduğunu, iki xəstə oğlunun olmasını bildirmiş, maddi imkanının zəif olmasını nəzərə alaraq barəsində tərtib edilmiş 300 manat məbləğində cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Ramiq Əzimli tərəfindən X5 barəsində cinayət işin başlanmasının rədd edilməsi barədə və AR İXM 157-ci maddəsinə əsasən qərar qəbul olunaraq tərəfindən protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, təhqiqat bölməsinin təhqiqatçısı prosessual şəxsdir, onların çıxardıqları qərara prokuror tərəfindən nəzarət olunduğu üçün qərarın obyektiv olduğu tərəfindən düşünülmüş və X2 qadın olmasını nəzərə alaraq, onun tərəfindən barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə protokol tərtib edilmişdir. O, inzibati xəta haqqında əməl törədilərkən işdə iştirak edən şəxslərin, həmçinin şahidlərin izahatlarının onun tərəfindən alınmadığını bildirirək özünün inzibati sahədə işlədiyindən, prosessual şəxs olan təhqiqatçının çıxardığı qərarları müzakirə etmədiyini, materialların natamamlığı barədə raport yazaraq geri qaytarması barədə səlahiyyətinin olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, şikayətçi tərəfindən polisin qərarı barədə məhkəməyə müraciət etmək hüququdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinin iclas zalından çıxarkən Rəşad Camalov tərəfindən bacısı Yasəmən Zeynalovanın ünvanına nalayiq ifadələr işlədərək uzaqlaşan zaman, sonuncunun onun üzərinə yeriyərək vurmaq niyyətilə əl uzatmış, lakin onlar tərəfindən buna imkan verilməyərək ayrılmışlar. Bu zaman Rəşad Camalovun üzərinə hər hansı bir xəsarət yetirilməmişdir. Rəşad Camalov dərhal polisin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Həmin vaxt Rəşad Camalov qısa-qol geyimdə olmuşdur. O, eksperizanın rəyi ilə razı deyil. Məhkəmə ərizəçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və ya görüntülər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunubolunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən X1 şikayət ərizəsi əsasında Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X11 tərəfindən HK-1/1694 saylı material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərara istinad olunaraq iş materiallarında sübut kimi yalnız ekspert rəyi ilə kifayətləndiyi, zərəçəkmişin ərizəsinin, şahid ifadələrinin, kamera görüntülərinin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar (qərardad) qəbul edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Xaçmaz RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz RPŞ-yə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1342/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1342/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver