Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1343/2023 23.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 14 oktyabr 1994-cü ildə Rusiya Federasiyasının Maxaçkala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Nabran kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində polis əməkdaşının qanuni tələbinə qəsdən tabesizlik göstərərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, yaşadığı Xaçmaz rayonu Nabran kəndi ərazisində olarkən polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra, ona həmin yerdə nə etdiyi barədə suallar vermişdir. O, evdən çıxarkən əsəbi olduğundan polisin suallarına kobud şəkildə cavab vermək istəmədiyini bildirərək oradan uzqlaşmışdır. Onun tərəfindən polis əməkdaşına qarşı heç bir nalayiq ifadə və hərəkət olunmadığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Yalama polis bölməsinə dəvət olunmuşdur. Həmçinin bildirimişdir ki, o, subaydır və daimi olmayaraq usta yanında fəhlə işləyir. O, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərdiyinə görə özünü təqsirli bilərək barəsində cərimə inzibati tənbeh növündə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X1 bildirdi ki, o, daxil olmuş məlumatla əlaqədar olaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yaxınlaşaraq suallar vermək istədikdə sonuncu tərəfindən kobud davranışlar edilmişdir. O, Şəxs sakitləşməyi təklif etsə də, aqressiv davranışlar edərək oradan uzaqlaşmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatlardan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından, şahidin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, polis əməkdaşına tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 22 oktyabr 2023-cü il tarixdə, saat 10:00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 14 oktyabr 1994-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun 22 oktyabr 2023-cü il tarixdən saat 10:00-dan 23 oktyabr 2023-cü il tarixə saat 15:30-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 90 (doxsan) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1343/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1343/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver