Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1344/2023 23.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə E.Almazovun 140 manat pulunu oğurlayaraq xırda talama faktı törətmişdir. İnzibati materialları araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xətaya dair material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Şəxs şəxsiyyətini təsdiq edən heç bir sənəd inzibati xəta haqqında materiala əlavə edilməmiş, eyni zamanda zərərçəkmi şəxsin izahatı iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. İnzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolun tərtib edilməsi ilə bağlı İXM-nin tələblərinə əməl edilməmişdir. İş üzrə zərərçəkmiş şəxsin izahatı barədə protokolda heç bir qeydiyyat aparılmamış, sənədlər əlavə edilməmişdir. İnzibati xətanın kim tərəfindən törədilməsi, hansı şəraitdə törədilməsi, inzibati xəta törədənin şəxsiyyəti ilə bağlı məlumatlar tam şəkildə göstərilməmişdir. İnzibati xəta haqqında materiallar natamamdır və məhkəmə iclasında tamamlamaq mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 19 oktyabr 2023-cü il tarixli inzibati xətaya dair protokol və ona əlavə olunmuş sənədlər Xaçmaz Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1344/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1344/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver