Məhkəmə qərarları › İş №3(067)-1345/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1345/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1345/2024 25.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi. Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə X11 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, Xaçmaz şəhər, H.Z.Tağıyev küçəsində yerləşən “Glamour Beauty” obyektinin fasadında xx.xx.2024-cü il tarixində müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımlanması aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, idarə tərəfindən X3 barəsində inzibati protokol tərtib olunub. xx.xx.2024-cü il tarixdə bildiriş gedib. Onlara cavab xx.xx.2024-cü ildə çatıb. 10 günə yerinə yetirilməsi üçün xx.xx.2024-cü il tarixdə protokol tərtib olunub. Qasımova Pərvanə Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdir, ona müsbət cavab verilib. X10 5 gün müddətinə rüsumu ödəməyib. Bildirişdə rüsumu 5 günə ödəməli olduğunu bildirilməmişdir. Əvvəlki illərdəki sənədlərdəki ödənişlərdə və müraciətlərdə X1 adından olunub, ona görə cərimə olunanda da onun adına olub. VÖEN vəsiqəsi X1 adınadır. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs X3 izahatında göstərmişdir ki, X11 İdarəsinə reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdir. Üzürlü səbəbdən ödəniş edə bilməmişdir. Çünki məktub ona çatmamışdır. Qardaşı pis xəstədir və başı ona qarışmışdır. Məlumatı olsaydı ödəniş edəcəkdir. Məsələnin nə olduğu indi ona məlum olub. Ödənişdən yayınmamışdır. Ödəniş olunmasını bilməmişdir. Məhkəmə iclası bitən kimi ödənişi edəcək. Obyektdə təxminən 5-6 işçisi var. Obyekt ərinin adına olsa da o işlədir. Eyni zamanda kassa aparatı da onun adınadır. İşçilər ilə əmək müqaviləsini də o, bağlayır, işdən o azad edir. Sonuncu məhkəmə iclası barədə iş üzrə barəsində inzibati xətaya dair icraat aparılan şəxsə X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli MN0304289 saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsi xx.xx.2024-cü il tarixində X2 inzibati məsuliyyətə cəlb olunması bildirilmiş, protokolun surəti ona göndərilmişdir. - X3 Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsinə xx.xx.2023-cü il tarixindən 1 il müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsinə razılıq verilməsi üçün rəsmi qaydada müraciət etmişdir. - Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsi tərəfindən verilmiş Dövlət rüsumunun ödənişi üçün olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, dövlət rüsumu ödəyicisi qismində X3 çıxış etmiş, rüsumun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Reklam X6 Reklam İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 10:23 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Glamour Beauty” obyektinin fasadında qanunla qadağan edilməsinə baxmayaraq 3 ədəd reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün etirafı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 428.7.3-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X1 AR İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X3 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1971-ci ildə anadan olan X5 Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar