Məhkəmə qərarları › İş №3(067)-1347/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1347/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1347/2025 19.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Çiləgir kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olan 19 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 19 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(105)-1652/2023 nömrəli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə protokolun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Qeyd olunan icra sənədi şöbənin icraatında 2024-cü ilin sentyabr ayında daxil olmuşdur, icra sənədi üzrə Şəxs ümumilikdə 5700 manat məbləğində pul alınaraq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəfimizdən icraata başlamaq haqqında qərar və bildiriş tərəfə təqdim olunmuşdur. Habelə təqdim olunmasına baxmayaraq borclu tərəfindən ödənişlər olmadı üçün barəsində 2024-cü ilin noyabr ayında 528.1-ci maddə ilə protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsinin müvafiq qərarı ilə borclu barəsində 500 manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati cərimə olunduqdan sonra borclu tərəfindən Xaçmaz rayon məhkəməsinə borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizə ilə müraciət olunmuş, lakin Xaçmaz rayon məhkəməsinin qərardadı ilə borclunun ərizəsi təmin olunmamışdır. Tələbkar tərəfindən borcunun hissə-hissə ödənilməsi üçün etiraz olduğu üçün borclu tərəfindən müvafiq vaxtlarda hissə-hissə olunmaqla ümumilikdə 1400 manat məbləğində pul Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Borclu tərəfindən sonuncu dəfə ödəniş 18 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur. Həmçinin dəfələrlə İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq gəlmədiyi üçün borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin qərarı ilə borclu barəsində axtarış işi açılmış və bu gün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Şöbədə borclunun izahatı alınmış, hazırda ödənilməmiş 4300 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı ödənişlər tam şəkildə ödəniş etmədiyi üçün barəsində 528.1-1-ci maddə ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, mebel ustası kimi işləyərək qazanc əldə edir. Lakin iş olmadığı üçün işləyə bilməmiş və bununla da borcunu ödəyə bilməmişdir. Lakin o, tələbkara olan borcundan idiyənədək 1400 manat ödəniş etdiyini və hazırda ödənilməmiş qalan borcunun 4300 manat təşkil etdiyini, hazırda da həmin borcdan 500 manat ödəniş etmək istədiyini bildirdi. Qalan borcunu da imkan daxilində hər ay 300 manat olmaqla ödəyəcəkdir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, borclu Şəxs “tələbin könüllü icraası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 50/2025 saylı qərardadından görünür ki, Şəxs Xaçmaz rayon Məhkəməsinin 25 may 2023cü il tarixli, 2(067)-507/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1 -1 -ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1 -1 -ci maddəsinə əsasən bu Məcəllənin 528.1 -ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1 -ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu borcunu ödəməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(105)-1652/2023 saylı icra sənədinə əsasən Şəxs iş üzrə iddiaçı X2 5700 manat məblğində ödəniş etməlidir. Lakin bu qətnamənin hissə-hissə icra edilməsi anlamına gələ bilməz. Qətnamə onun tərəfindən tam şəkildə icra edilməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları, həmçinin Azərbaycan Respublikası İXMnin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1 -1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırki iş üzrə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar