Məhkəmə qərarları › İş №3(067)-1348/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1348/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1348/2024 28.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1982-ci ildə Quba rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Alekseyevka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(067)-2125/2020 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək borclu Şəxs 01 noyabr 2011-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaqa 120 manat miqdarnda alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Bundan başqa Quba rayon məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, e-2(027)- 2127/2023 saylı qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayarq 01 noyabr 2011-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu Şəxs müvafiq məhkəmə qərardadı və qətnaməsi üzrə veilmiş icra sənədlərini üzürsüz səbəbdən icra etməməklə onun hazırda 13840 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(067)-2125/2020 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək borclu Şəxs 01 noyabr 2011-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaqa 120 manat miqdarnda alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Bundan başqa Quba rayon məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, e-2(027)-2127/2023 saylı qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayarq 01 noyabr 2011-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qərarları üzrə verilmiş icra sənədlərinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində çox hallarda çağırışlara gəlməkdən yayınmaqla və ümumiyyətlə ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs icra şöbəsinin çağırışlarına gəlməkdən yayındığından hazırda müvafiq axtarış qərarı ilə olduğu yer müəyyən edilib tapılaraq məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs hazırda tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu 13.840 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs inibati xətanı etiraf etməklə göstərdi ki, müvafiq məhkəmə qərarları üzrə uşaqları Nərmin və Rəhmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment qət edilməsini bu ilin may ayında bilmiş, həmin ərəfədə bir müddət tələbkarla barışaraq birgə yaşamış, həmin müddətdə tələbkar ondan aliment tələb etməmişdir. Sonradan yenə də ailə münasibətləri pozulmaqla ayrılmışlar. Yüksək məbləğdə aliment borcu olduğunu etiraf edir, bu ilin yay mövsümündə meyvə-tərəvəz tədarükü işində qazancı az olduğundan aliment borcundan ödəyə bilməmişdir. Ancaq söz verir ki, 2025-ci ilin yanvar ayında tələbkara aliment borcundən işləyib 4500 manat ödəniş edəcəkdir. Qalan aliment borcunu isə 2025-ci ilin avqust ayının sonlarınadək ödəyəcəkdir. Hazırki vəziyyətdə hər hansı məbləğdə aliment ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz və Quba rayon məhkəmələrinin müvafiq qərarlarına əsasən himayəsində olan iki nəfər uşaqlarının saxlanılması üçün qət edilmiş aliment məbləğindən keçmiş əri Şəxs hazırki günədək heç bir aliment pulu ödəməmiş, mütəmadi olaraq aliment ödəməkdən yayınmış, yalnız keçən ilin ilk dərs təqvimi başlayarkən 150 ABŞ dolları pul və az miqdarda da ərzaq göndərmişdir. Hazırda Şəxs aliment borcu 13840 manat təşikl edir. Borclu Şəxs barəsində şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 28 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 28 oktyabr 2024-cü il tarixdən saat 15:52-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar