Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-135/2023 24.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonunun Əhmədoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Əhmədoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(067)-973/2016 saylı icra sənədi üzrə yaranmış 5650 manat məbləğində aliment borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(067)-973/2016 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit məbləğdə aliment alınaraq X1 verilməlidir. Şəxs hazıradək tələbkarın xeyrinə 11150 manat aliment ödəmiş, 5650 manat qalıq aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, Şəxs sonuncu aliment ödənişləri olaraq 2022-ci ilin noyabr ayında 200 manat, dekabr ayında 800 manat, bu gün isə 200 manat ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, aliment borcunu ödəməkdən yayınmır, imkanı olduqca mütəmadi olaraq alimenti ödəmişdir. 5650 manat aliment borcu onun alimenti ödəmədiyi vaxtların yaranmış məbləğidir. Lakin o, həmin borcunu da ödəməyə çalışır. O, uşaqlarının saxlanmasının onun borcu olduğunu bilir və hər ay aliment ödəyir. Həmçinin bildirmişdir ki, o, tələbkarla boşandıqdan sonra ikinci dəfə ailə qurmuş, ikinci nikahından da onun iki uşağı var. Onun atası insult keçirmiş, yataq xəstəsidir, o, atasına da köməklik edir. Ölkədə pandemiya ilə əlaqədar karantin rejimində də o, qazanc əldə etməkdə çətinlik çəkmişdir. Himayəsində ikinci nikahdan da iki uşağının olmasının, himayəsində xəstə atasının olmasının nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ona inzibati həbs növündə tənbehin təyin edilməsini istəmir, həmçinin cərimə inzibati tənbehi təyin edilməsini də istəmir, belə ki, onun pulu olsaydı, uşaqları üçün alimenti ödəyərdi. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(067)-973/2016 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit məbləğdə aliment Şəxs alınaraq X1 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1985-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 750 (yeddi yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-135/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-135/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver