Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1351/2025 21.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1980-cİ ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, hadisə ilə bağlı ərizə verməkdən imtina etmiş, özünü aqressiv apararaq, ictimai qaydanı pozan hərəkətlərə davam etmiş, ünvansız nalayiq ifadələr işlətmiş, nizam-intizama dəvət olunanda tabesizlik göstərmişdir. Məhkəmə iclasında Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Xaçmaz rayonunun Çarxı kənd sakini Şəxs “102 xidməti” nə zəng edərək əmisi oğlu X2 Xaçmaz rayon polis şöbəsinə aparılması barədə məlumat verərkən, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şəxs ərizəsinin alınması məqsədi ilə qeyd olunan ünvanına getmiş, lakin vətəndaş baş vermiş hadisə ilə bağlı ərizə verməkdən imtina etmiş və özünü aqressiv apararaq qanunsuz hərəkətlərə yol vermişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sora polis əməkdaşları Şəxs Polis Şöbəsinə gətirmişlər. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, “102 xidməti” nə zəng vuraraq əmisi oğlu X6 barəsində məlumat almaq istəmişdir. Daha sonra polis əməkdaşları ona zəng edərək onunla birlikdə çay içmək istədiklərini söyləmişlər, o, da razılaşmış və polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə maşına oturaraq getmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, halbuki o, elə bilmişdir ki, polis əməkdaşları onu çay içməyə dəvət ediblər. Ailəlidir, 2 uşağı var və uşaqlardan biri xəstədir. Hazırda işləmir. Əməlindən peşmandır və barəsində həbslə bağlı qərar verilməməsini xahiş edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, Şəxs əmisi oğlu polis şöbəsində saxlanılır. Şəxs əmisi oğlunun barəsində məlumat almaq istədiyi üçüm “102 xidməti” nə zəng vurmuşdur. Lakin polis əməkdaşları Şəxs onlara qarşı nalayiq ifadələr işlətdiyini bildirirlər. Polis əməkdaşları Şəxs yaşadığı ünvana gələrək onunla çay içmək istədiklərini bildiriblər, o, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə maşına oturub, polis əməkdaşları Şəxs polis şöbəsinə aparıblar. Polis əməkdaşlarından Şəxs onlara qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı sübutları tələb edir. Şəxs barəsində həbslə bağlı qərar verilməməsini xahiş edir. İş materiallarında olan Xaçmaz RPŞ-nin məsul növbətçisi, polis kapitanı X4 RPŞnin rəisi, polis polkovniki Samir Məcidova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 23-56 radələrində Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Şəxs ***-***-**-** nömrəli mobil telefonla DİN-nin “102 xidməti” nə zəng vuraraq, əmisi oğlu X2 Xaçmaz RPŞ-nə aparılması barədə mərkəzə (2********) məlumat verərkən Xaçmaz RPŞ-nin əməkdaşlarını təhqir etməsi 00:49-01:14 barədə ********** nömrəli verdiyi məlumat Xaçmaz RPŞ-nin növbətçi hissəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəxs Xaçmaz RPŞ-də verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən olunur ki, o, izahatında xx.xx.2025-ci il tarixdə DİN-nin “102 xidməti” nə zəng vuraraq, əmisi oğlu X2 Xaçmaz RPŞ-nə aparılmasını demiş, eyni zamanda polis əməldaşlarına qarşı nalayiq ifadələr işlətmiş, Xaçmaz RPŞ-nin əməkdaşları onun ünvanına gəldikləri zaman ərizə verməkdən imtina etmiş və özünü aqressiv apararaq, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş, dəfələrlə polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da, tabesizlik göstərmişdir. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 102 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan müəyyən olunur ki, X3 orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 474 saylı inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, X6 xx.xx.2025-ci il tarixdə saat 01-30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Xaçmaz RPŞ-nin məsul növbətçisi, polis kapitanı X4 RPŞ-nin rəisi, polis polkovniki Samir Məcidova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportu, tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs orta dərəcədə sərxoş olması məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu 21 sentyabr 2025-ci il saat 01:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 21 sentyabr 2025-ci il saat 01:30-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nərmi̇ n Abi̇ yeva
Məhkəmə qərarları › İş №3(067)-1351/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1351/2025
21.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver