Məhkəmə qərarları › İş №3(067)-1352/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1352/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1352/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal Regional X6 İdarəsinin X6 şöbəsinin inspektoru X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal Regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal Regional X6 İdarəsi tərəfindən təqdim edilmiş 16 avqust 2022- ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 15 avqust 2022-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində yerləşən Şəxsnə məxsus Zeytun kafesində keçirilmiş plandan kənar YTM-İ zamanı X3 Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələbinin pozulması faktı aşkar edilmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal Regional X6 İdarəsinin X6 şöbəsinin inspektoru X5 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli 2316 saylı qərarından görünür ki, Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirıliyi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəxs Firmasının (VÖEN **********) Xaçmaz şəhəri Bakı prospektində yerləşən təsərrüfat obyektində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yoxlama aparılması qərara alınmışdır. İşdə olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 avqust 2022-ci il tarixli KY221761545 saylı Çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq obyektinin adı Şəxs firması, VÖEN-i **********, yoxlamanın müddəti xx.xx.2022xx.xx.2022, yoxlamanın hüquqi əsası “Qaz təchizatı haqqında” Qanunun 20-ci maddəsi, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsi, yoxlanılan təsərrüfat obyektinin ünvanı və fəaliyyət növü Xaçmaz şəhəri Bakı prospekti, şəxsi daşınmaz əmlakın istismarı və kirayəyə verilməsi qeyd olunmşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 15 avqust 2022-ci il tarixli 2316 saylı yoxlama aktının surətindən görünür ki, həmin nazirliyin Şimal RDYNŞ-nin böyük inspektoru X5 və Energetika Nazirliyinin böyük müfəttişi X4 tərəfindən həmin firmanın təsərrüfat obyektində yoxlama aparılmışdır. (Şəxs MMC-nin nümayəndəsi akta imza etməkdən imtina etmişdir.) Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin firmanın ərazisi ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməmişdir. Firmanın ərazisinə daxil olan obyektlər icbari qaydada sığortalanmamışdır. Ərazi FHN-nin çağırış nömrələri yazılmış lövhələrlə təmin edilməmişdir. Firmanın daxilində fəaliyyət göstərən obyektlərin elektrik naqillərinin sınaq protokolu tərtib edilməmişdir. Ərazidə fəaliyyət göstərən obyektlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Yanğın təhlükəzisliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Həmin Qanunun 25-ci maddəsinə əsasən X6 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X6 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X6 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 37-ci maddəsinə əsasən mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikasında X1 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Həmin Qaydaların 1.9.4-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək vəzifələrini yerinə yetirməlidirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enerjisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs «Zeytun- 2015” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Xaçmaz şəhəri Bakı prospektindən yerləşən təsərrüfat obyektində “Yanğın təhlükəsizliyi haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunlarının, X1 tələbləri pozulmaqla obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməməsi, firmanın tərkibinə daxil olan obyektlərin icbari qaydada sığortalanmaması, ərazinin FHN-nin çağırış nömrələri yazılmış lövhələrlə təmin edilməməsi, firmanın daxilində fəaliyyət göstərən obyektlərin elektrik naqillərinin sınaq protokolunun tərtib edilməməsi, ərazidə fəaliyyət göstərən obyektlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmaması və bununla da, həmin MMC-nin həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Həmin inzibati xəta vəzifəli şəxs tərəfindən deyil, hüquqi şəxs olan Şəxs MMC tərəfindən törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Zeytun-2015” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Zeytun-2015” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar