Məhkəmə qərarları › İş №3(067)-1353/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1353/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1353/2022 12.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Şimal regional X4 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, 15 avqust 2022-ci il tarixdə Şimal regional X4 İdarəsi tərəfindən “Azəriqaz” İB-nin və Energetika Nazirliyinin nümayəndələrinin birgə iştirakı ilə Xaçmaz şəhəri, Bakı prospekti ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Zeytun” restoranında aparılmış plandankənar (növbədənkənar) yanğın-texniki müayinə zamanı Azərbaycan Respublikasının X1 pozulması aşkar edilərək barəsində İXM-nin 518.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şimal regional X4 İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, Xaçmaz şəhəri Bakı prospektində yerləşən Şəxs MMC-yə məxsus “Zeytun” restoranında DYNİ tərəfindən “Azəriqaz” İB-nin və Energetika Nazirliyinin nümayəndələri ilə birgə apardığı plandankənar yanğın-texniki müayinə zamanı həmin restoranda X1 tələblərinə əməl edilməməsi müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Yoxlama aparılması haqqında” 08 avqust 2022-ci il tarixli, 2319 saylı qərarından müəyyən edilir ki, Şəxs MMC-yə məxsus, Xaçmaz şəhəri Bakı prospekti ünvanında yerləşən “Zeytun” restoranında xx.xx.2022-xx.xx.2022-ci il tarixləri müddətində plandankənar (növbədənkənar) yoxlamanın aparılması (“Azəriqaz” İB-nin və Energetika Nazirliyinin nümayəndələri ilə birgə) barədə qərar verilmişdir. Həmçinin qeyd olunan qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi R.Adilova təqdim edilmiş, lakin qərarın surətini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixlim 2319 saylı “Yanğın-texniki müayinə” Aktından, həmçinin plandankənar yoxlama ilə bağlı tərtib edilmiş tələblər siyahısından və “İnzibati xəta haqqında” MN ******* saylı protokoldan müəyyən edilir ki, 15 avqust 2022-ci il tarixdə Şəxs MMC-yə məxsus, Xaçmaz şəhəri Bakı prospekti ünvanında yerləşən “Zeytun” restoranında Şimal regional X4 İdarəsi tərəfindən “Azəriqaz” İB-nin və Energetika Nazirliyinin nümayəndələrinin birgə iştirakı ilə aparılmış plandankənar yanğıntexniki müayinə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus həmin restoranda yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələri saz vəziyyətdə saxlanılmaması (YTQ № 01-2001 bənd 1.9.4); elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməməsi (YTQ № 01-2001 bənd 6.1); otaq, bina tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməməsi (YTQ № 01-2001 bənd 10.4) müəyyən edilmişdir. Həmçinin qeyd olunan protokoldan və müayinə aktından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi (icraçı) X3 protokolu və müayinə aktını imza etməkdən, izahat verməkdən imtina etmişdir. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkibini yaradır. 31 may 2001-ci il tarixli Azərbaycan Respublikasında X1 1.9.4-cü bəndinə görə, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək vəzifələrini yerinə yetirməlidirlər. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. Həmin qaydaların 10.4-cü bəndinə əsasən, otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Baş nazirinin 11 aprel 2022-ci il tarixli Sərəncamına əsasən - 1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 6 ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin: 1.4. əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar