Məhkəmə qərarları › İş №3(067)-1353/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1353/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1353/2024 29.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1353/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə vəsatətinə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1353/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində olan cəriməni tam ödədiyini bildirmiş, ona görə də nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətə məhdudlaşdırılmasına dair məhkəmə qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1353/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətə məhdudlaşdırılmasına səbəb EQ seriyalı, 22025759 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi olmuşdur. İş materiallarında olan, Şəxs tərəfindən ərizəyə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb olan inzibati cəriməni tam şəkildə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1353/2024 nömrəli qərarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində EQ seriyalı, 22025759 nömrəli inzibati xəta haqqında protokol əsasında ona təyin edilmiş cərimə məbləğini qanunla müəyyən olunmuş müddət ərzində ödəməsinə gorə inzibati tənbeh tətbiq edilməsi barədə Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1353/2024 (İXP 6588713) nömrəli qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar