Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-136/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 oğlunun, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Xaçmaz rayonu Nərəcan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Nərəcan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3350/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 9900 manatı borc və dövlət rüsumu kimi ödənlmiş 30 manat cəmi-9930 manat alınaraq X3 və 100 manat alınaraq dövlət büdcəsinə erilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 9430 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3350/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 9900 manatı borc və dövlət rüsumu kimi ödənlmiş 30 manat cəmi-9930 manat alınaraq X3 və 100 manat alınaraq dövlət büdcəsinə erilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 9430 manat borcu var. Son dəfə 2018-ci ildə 400 manat, 2019-cu ildə ildə isə 100 manat ödəniş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-3350/2017 saylı xx.xx.2017-ci tarixli icra sənədinə əsasən 9900 manatı borc və dövlət rüsumu kimi ödənlmiş 30 manat cəmi-9930 manat alınaraq X3 və 100 manat alınaraq dövlət büdcəsinə erilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığl üçün borcunu ödəməmişdir. Hazırda isə ödəniş etməyə maddi imkanı yoxdur. Son dəfə 2018-ci ildə 400 manat, 2019-cu ildə ildə isə 100 manat ödəniş etmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Barəsində aşağı həddə həbs seçilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-3350/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 9900 manatı borc və dövlət rüsumu kimi ödədiyi 30 manat cəmi- 9930 manat pul ödəməlidir. Borcunun ödənilməsini tələb edir. Hazırda borclunun ona 9430 manat borcu var. Son dəfə 2018-ci ildə 400 manat, 2019-cu ildə ildə isə 100 manat ödəniş etmişdir. Əlavə olaraq borclu barəsində həbs seçilməsini xahiş etdi. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin Xaçmaz rayon məhkəməsinin 2(067)-3350/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 9900 manatı borc və dövlət rüsumu kimi ödənlmiş 30 manat cəmi-9930 manat alınaraq X3 və 100 manat alınaraq dövlət büdcəsinə ödənilməsi təmin olunmalıdır. Hazırda borclunun 9430 manat borcu var. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1968-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 15:20-dən hesablansın. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-136/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-136/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver