Məhkəmə qərarları › İş №3(067)-136/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-136/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-136/2023 24.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X24 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X20, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X32 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 05 noyabr 2022-ci il tarixdə X7 məxsus Xaçmaz şəhəri İsmət Qayıbov küçəsində yerləşən “Quru meyvə” mağasının qarşısında saxladığı Hyundai-Accent markalı ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasutəsindən ona məxsus “Nokia” markalı mobil telefonunu, 06 noyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan müddət ərizində X12 evdə olmamasında istifadə edərək sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən evinə daxil olaraq həmin evdən ümumi dəyəri 100 (bir yüz) manat olan direl və lobziki, 20 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhər sakini X13 məxsus əl çantasının içindən pul qabında olan şəxsiyyət vəsiqəsini, bank kartlarını və 90 manat pulunu, 20 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhər sakini X8 məxsus ünvan 3 ünvanda yerləşən evinin həyətindən sonuncuya məxsus 1 ədəd samovar və 1 ədəd almünium qazanını, 26 noyabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X3 məxsus Xaçmaz rayonu Qaraçı kəndində yerləşən evinin həyətindən sonuncunun azyaşlı qardaşına aid velosipedini, 04 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhər sakini X23 məxsus Əfəndiyev küçəsində yerləşən evindən 32 litr həcimli su qızdırıcısını,06 dekabr 2022-ci il tarixdə X9 məxsus Xaçmaz rayonu Bəbəli kəndində yerləşən evinindən bir cüt rusiya istehsallı 583 əyyarlı, 2 qram çəkidə 80 manat dəyərində qızıl sırğanı, 01 ədəd 5 manat dəyərində bujiteriya qadın boyunbağını, 01 ədəd 5 manat dəyərində qadın bujiteriya üzüyünü, 06 dekabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X10 Lalafo sosial şəbəkəsi vasitəsindən istifadə etməklə sonuncuya məxsus 250 manat pulunu, 07 dekabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X14 məxsus Xaçmaz şəhər ərazisində yerləşən bilyard klubunun yanında saxlamış sonuncuya aid 28 ölçülü “Stels” markalı rus istehsallı velosipedini, 12 dekabr 2022-ci il tarixdə X5 etibarından sui istifadə etməklə sonuncunun 70 manat pulunu, 23 dekabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X15 işə götürmək adı sonuncunun 45 manat pulunu oğurlamaqla onlara zərər vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X24 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X31 göstərdi ki, Şəxs 05 noyabr 2022-ci il tarixdə X7 məxsus Xaçmaz şəhəri İsmət Qayıbov küçəsində yerləşən “Quru meyvə” mağasının qarşısında saxladığı Hyundai-Accent markalı ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasutəsindən ona məxsus “Nokia” markalı mobil telefonunu, 06 noyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan müddət ərizində X1 evdə olmamasında istifadə edərək sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən evinə daxil olaraq həmin evdən ümumi dəyəri 100 (bir yüz) manat olan direl və lobziki, 20 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhər sakini X13 məxsus əl çantasının içindən pul qabında olan şəxsiyyət vəsiqəsini, bank kartlarını və 90 manat pulunu, 20 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhər sakini X8 məxsus ünvan 3 ünvanda yerləşən evinin həyətindən sonuncuya məxsus 1 ədəd samovar və 1 ədəd almünium qazanını, 26 noyabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X3 məxsus Xaçmaz rayonu Qaraçı kəndində yerləşən evinin həyətindən sonuncunun azyaşlı qardaşına aid velosipedini, 04 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhər sakini X23 məxsus Əfəndiyev küçəsində yerləşən evindən 32 litr həcimli su qızdırıcısını,06 dekabr 2022-ci il tarixdə X9 məxsus Xaçmaz rayonu Bəbəli kəndində yerləşən evinindən bir cüt rusiya istehsallı 583 əyyarlı, 2 qram çəkidə 80 manat dəyərində qızıl sırğanı, 01 ədəd 5 manat dəyərində bujiteriya qadın boyunbağını, 01 ədəd 5 manat dəyərində qadın bujiteriya üzüyünü, 06 dekabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X10 Lalafo sosial şəbəkəsi vasitəsindən istifadə etməklə sonuncuya məxsus 250 manat pulunu, 07 dekabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X14 məxsus Xaçmaz şəhər ərazisində yerləşən bilyard klubunun yanında saxlamış sonuncuya aid 28 ölçülü “Stels” markalı rus istehsallı velosipedini, 12 dekabr 2022-ci il tarixdə X5 etibarından sui istifadə etməklə sonuncunun 70 manat pulunu, 23 dekabr 2022-ci il tarixdə Xaçmaz rayon sakini X15 işə götürmək adı sonuncunun 45 manat pulunu oğurlamaqla onlara zərər vurmuşdur. Hər fakt üzrə o, Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərək izahatı alınarkən özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxslərin bir qisminin borcu ödənildiyindən ərizə ilə müraciət edərək ona qarşı heç bir şikayət və tələblərinin olmamaları ilə bağlı digər zərərçəkmiş şəxslərin isə onlara dəymiş zərərin ödənilməməsi ilə əlaqədar izahatları alınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, fəhləliklə məşğul olmaqla dolanır, törətmiş olduğu əməlləri maddi cəhətdən imkansızlığı ilə əlaqədar törtəmişdir. Bundan başqa o, məhkəmədə izahat verərkən spirtli içki audəçisi olduğunu bildirərək spirtli ikidən uzaqlaşmaq üçün barəsində müəyyən müddətə “həbs” inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X6 15 noyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis baş leytenantı X17 23 noyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis baş leytenantı X17 30 noyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis baş leytenantı X17 30 noyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis kapitanı X16 11 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis baş leytenantı X11 13 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis kapitanı X2 13 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis kapitanı X2 16 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis mayoru X4 20 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis baş leytenantı X11 21 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X22 Bölməsinin təhqiqatçısı polis, polis mayoru X4 06 yanvar 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 22 yanvar 2023-cü il saat 18:00-dan 24 yanvar 2023-cü il saat 17:00-dək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 28 (iyirmi səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsin əvvəli 24 yanvar 2023-cü il il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar