Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1360/2022 29.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 27 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində oğlu X7 xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına daxil olduqdan sonra sərxoş vəziyyətdə xəstəxanaya gələrək daxil olmuş məlumatla bağlı araşdırma aparılmasından ötrü orada olan Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı X9 və digər polis əməkdaşları ilə mübahisə edib nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X5 göstərdi ki, Şəxs 27 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində oğlu X7 xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına daxil olduqdan sonra sərxoş vəziyyətdə xəstəxanaya gələrək daxil olmuş məlumatla bağlı araşdırma aparılmasından ötrü orada olan Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı X9 və digər polis əməkdaşları ilə mübahisə edib nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 27 avqust 2022-ci il tarixdə oğlu Nahidin qolu sındığına görə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirmişdir. Oğlu əməliyyat otağında olmuş, həmin vaxt özü də oğluna görə çox narahatçılıq hissi keçirmişdir. Bu vaxt məlumat əsasında xəstəxanaya gələn polis əməkdaşları oğlunu aldığı xəsarətlə bağlı sorğu-sual etmək isdədikləri zaman o, içkili olduğundan polisin bu hərəkətlərindən əsəbləşərək onların ünvanına özündən asılı olmayaraq ucadan danışıb nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis işçiləri ona yaxınlaşıb nizam-intizama dəvət edərkən o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Hərəkətindən səmimi peşmançılıq hissi keçirir, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X1 bölməsinin təhqiqatçısı X9 göstərdi ki, 27 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində X3 xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatla bağlı rəhbərliyin göstərişinə əsasən təhqiqatçı kimi araşdırma aparılmasından ötrü digər polis əməkdaşları ilə birlikdə xəstəxanaya getmiş, orada araşdırma aparmaq istəyərkən xəsarət almış şəxsin valideyni Şəxs onunla və digər polis əməkdaşları ilə mübahisə edib nalayiq ifadələr işlətmiş, tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 27 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, şahid ifadəsi eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 27 avqust 2022-ci il tarixli, 418 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs 27 avqust 2022-ci il tarixdə tibbi müayinədən keşmiş, onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan 080880 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını və 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi, xətaya sərxoş halda yol verməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1360/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1360/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver