Məhkəmə qərarları › İş №3(067)-1361/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1361/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1361/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi ilə X3 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional ərazi şöbəsinin rəisi X1 MN № ******* nömrəli, 18 avqust 2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X3 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional ərazi şöbəsinin rəisi X1 MN № ******* nömrəli, 18 avqust 2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət daxil olmuşdur. X3 Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, X3 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional ərazi şöbəsinin rəisi X1 MN № ******* nömrəli, 18 avqust 2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişlər. Belə olan halda hesab edirəm ki, sözügedən şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional ərazi şöbəsinin rəisi X1 MN № ******* nömrəli, 18 avqust 2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar