Məhkəmə qərarları › İş №3(067)-1361/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1361/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1361/2024 30.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakları ilə, xx xxxxxx 1978-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə Xudat şəhəri ərazisində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru X3 göstərdi ki, 28 oktyabr 2024-cü il tarixdə əməliyyat qrupunda xidmətdə olduğu zaman Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Çilə Çələbiyevanın evinin damının daşlaması ilə bağlı sabiq əri Şəxs ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xətt xidmətinə etmiş olduğu şikayəti əsasında, polis əməkdaşlarının Şəxs yaşadığı Xaçmaz rayon Xudat şəhərində yerləşən evinə gedərək, sonuncunu barəsində daxil olmuş şikayətlə bağlı rayon polis şöbəsinə dəvət edilərkən şəxs belə bir halın olmadığını və şikayətçinin şikayətinin əsassız olduğunu bildirməklə polis şöbəsinə gəlməkdən imtina etmişdir. Lakin buna baxmayaraq o, polis əməkdaşları tərəfindən bölməyə gətirilərək barəsində raportla məruzə edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və şöbədə saxlanılmışdır. Şəxs polis şöbəsinə saxlanıldığı müddətdə şikayətçi Çilə Çələbiyeva yenidən Azərbaycan Respublikası DİN-nin 102 xətt xidmətinə müraciət edərək sabiq ərinin yaşadığı evin damını və evin pəncərələrini daşla sındırması ilə bağlı şikayət etmişdir. Halbu ki, həmin vaxt sabiq əri artıq polisdə olmuşdur. Evin pəncərələrinin və damının kimin və ya kimlərin tərəfindən daşlanması ilə bağlı hələ ki, heçnə məlum deyil. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, həmin vaxt evdə olmuşdur. Onun ümumiyyətlə hadisə ilə bağlı hər hansı bir məlumatı yoxdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda isə onun barəsində şəxsin 28 oktyabr 2024-cü il tarixdə Xudat şəhəri ərazisində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmaması bildirilsə də, həmin vaxt onun polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, Şəxs əməlində polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi bir halın olması da müəyyən edilmədi. Belə ki, həm inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatlarından müəyyən edilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən müşahidə edilməmişdir. Eyni zamanda Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Eyni zamanda, protokol tərtib etmiş şəxs Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Şəxs şikayət əsasında şöbəyə gətirilərək saxlanıldığı müddət ərzində yenidən şikayətçi onun barəsində 102 xidmətinə Şəxs tərəfindən onun evinin damı daşlndığını, evinin pəncərələrinin isə sındırması ilə bağlı şər böhtan xarakterli məlumat vermişdir. Halbu ki, həmin vaxt şəxs şöbədə saxlanılmışdır. Belə vəziyyətdə hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru X1 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar