Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1362/2024 31.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3330/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 110 manat, 2(067)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən isə 200 manat alimenti ödəməmişdir. Borclunun 2 icra sənədinə əsasən 2240 manat alimenti ödəməyərək icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment X1 ödənilməlidir. Xaçmaz rayon məhkəməsinin digər icra sənədinə əsasən isə Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 mart 2024-cü il tarixdən başlanaraq hər ay 200 manat aliment alınaraq iş üzrə tələbkar X1 ödənilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Borclu barəsində 03 iyul 2024cü il tarixdə İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, il ərzində eyni maddədə nəzərdə tutulan xətanı törətdiyi üçün barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hal-hazırda borclunun ümumi olaraq 2240 manat məbləğində aliment borcu vardır və heç bir ödəniş edə bilmir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Həmçinin Xaçmaz rayon məhkəməsinin hər iki icra sənədi ümumi icraatda birləşdirilmiş və iki uşağın saxlanması üçün ümumi borcu yaranmışdır. Əlavə olaraq bildirmişdir ki, borclu 03 iyul ayında inzibati məsuliyyətə cəlb olunduqdan sonra 200 manat aliment borcundan ödəniş etmişdir. Borclu barəsində qeyd olunan borc məbləği hər iki icra sənədi üzrə 2024-cü ilin yanvar ayından hazırkı tarixədək ümumi olaraq hesablanmış borc məbləğidir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, 03 iyul 2024-cü il tarixində inzibati məsuliyyətə cəlb olunduqdan sonra 200 manat aliment borcundan ödəniş etmişdir. Qısa müddətdir ki, işlədiyini və ödənişdən boyun qaçırmadığını, lakin hal-hazırda ödəniş edə bilməyəcəyini bildirmişdir. O, məhkəmədən barəsində inzibati həbs növündə cəzanın təyin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından uşaqları 07 fevral 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 19 mart 2024-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay 200 manat sabit məbləğdə aliment alınaraq X1 verilsin. 44 məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3330/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 oktyabr 2019-cu ildən başlayaraq Şəxs hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq X1 verilsin. Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. - xx.xx.2024-cü il tarixli “icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair” qərara əsasən borclu fiziki şəxs Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində olan Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-3330/2019 saylı, xx.xx.2019-cu il tarixli və Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini ümumi icraatda birləşdirilmişdir. - 07 iyun 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 2(067)-1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - 09 dekabr 2019-c il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən 2(067)-3330/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2019-cu il və xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişlər, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi sonuncu izahatından görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-3330/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat, Xaçmaz rayon məhkəməsinin 2(067)- 1410/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan bir şağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində olmaqla cəmi 310 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməlidir. Belə ki, borclu bu günə kimi heç bir ödəniş edə bilmədiyini, lakin hər ay 200-300 manat ödəniş edə biləcəyini, həmçinin təzə işə girdiyini və aylıq 300-350 manat məbləğində gəlirinin olduğunu bildirmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlakı müəyyən edilməmişdir. - Elektron icrada şəxsin digər icra işləri cədvəlində Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icraatında 110 manat aliment, 50 manat və 500 manat məbləğlərində inzibati cərimə icra işləri vardır. - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuş və həmin protokola əsasən Xaçmaz rayon məhkəməsinin 3(067)-797/2024 saylı, 03 iyul 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində 07(yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddənin tələbinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəyə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 8 iyun 2022-ci il tarixli Qərarına əsasən İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquq pozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu həmçinin, qeyd olunan icra sənədi ilə əlaqədar şəxs barədə bundan əvvəl həbs növündə inzibati tənbeh tədbiri tətbiq edildiyini, lakin bundan sonra da onun icra sənədini icra etmədiyini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, aliment borcunun məbləğini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: xx xxxx 1990-cı ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş gün) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1362/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1362/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver