Məhkəmə qərarları › İş №3(067)-1364/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1364/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1364/2024 05.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardad qəbul edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, Xaçmaz rayon Nabran qəsəbəsi, Meşəli kəndi, Şəxs MMC-nə məxsus istirahət mərkəzində, 20 sentyabr 2024-cü il tarixdə istirahət mərkəzinin təmizləyici qurğusunun çıxışından götürülən su nümunələrində ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsinin şimal bölgəsində yerləşən rayonların sahil zolağında keçirilmiş monitorinqlər haqqında xx.xx.2024-cü il tarixli informasiya bülletenində "xxxx" İstirahət Mərkəzində formalaşan tullantı sularının ərazidə mövcud olan təmizləyici qurğudan keçdikdən sonra Xəzər dənizinə axıdıldığı qurğuya baxış zamanı onun reglamentə uyğun işləmədiyi, istirahət mərkəzinin TQ-nin çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionu 4,6; oksigenin biokimyəvi sərfi 6,3 və sərtetik səthi Aktiv maddələr-1,3 dəfə yol verilən qatılıq həddindən artıq olduğu, mikrobioloji təhlillərin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı-562000 ədəd/litr; enterokokların miqdarı 27000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı 426000 ədəd/litr təyin olunduğu qeyd olunmuşdur. Qeyd olunanlar Azərbaycan Respublikası “ətraf mühitin mühafizəsi” haqqında qanunun 31-ci və 32-ci maddəsinin tələblərini pozur. X9 monitorinq idarəsi tərəfindən sentyabr ayında monitorinq keçirilmiş və Xəzər dənizidə tullantı suları analiz olunmuş və "xxxx" istirahət mərkəzinin ərazisində tullantı sularının həddindən artıq çirklənməsi müəyyən olunmuşdur. Nümunələr həmin ərazidən götürülmüşdür, lakin aktda düzgün ifadə edilməmişdir. Ola bilər ki, mütəxəssis səhv qeyd etmişdir. Onlara 26 sentyabr tarixində daxil olan məlumat əsasında protokol tərtib edilmişdir. İl ərzində 4 dəfə monitorinqlər keçirilir və bu su nümunələri sentyabr ayında götürülüb. Müəsissənin rəhbərliyi ilə danışıqlar aparılıb. Bu müddət uzanaraq oktyabr ayına qədər gəlib çatmışdır. Müəsissənin rəhbərliyi barədə araşdırılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs direktoru X4 törədilmiş xətanı qəbul etməyərək izahatında göstərmişdir ki, su analizi götürülən vaxt bu barədə heç kimə məlumat vermədən işçinin aktı imzalamaması qeyd edilərək akt tərtib edilmişdir. "xxxx" istirahət mərkəzinin yaxınlığında yaşayış məntəqələri vardır və çirkab suları yaxınlıqdan keçən çaya tökülür. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs direktoru X1 nümayəndəsi və vəkili Vəkil çıxışı zamanı göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə tərtib edilmiş protokolu əsassız hesab edir. Belə ki, protokolun tərtib olnması zamanı prosessual qaydalar da pozulmuşdur. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə akt tərtib olunub. Lakin həmin aktda labaratoriya rəyi elan olunmayıb. Çirkab suların təmizlənməsi üçün olan qurğu işləmədiyi halda belə MKT İdarəsi gələrək çirkab suları özləri götürür. Suyun çirkab olub-olmaması labaratoriyada yoxlanılmalıdı. Su nümunələri götürülərkən onların iştirak ilə akt tərtib edilməli, nümunə möhürlü qablaşdırmada kimyəvi laboratoriyaya göndərilməli idi. Lakin bunların heç biri baş tutmamışdır. Şəxs yaxınlığından keçən ərazidən götürülən çirkab sular yoxlanılmışdır. Yəni bu o, deməkdir ki, həmin ərazi Şəxs MMC-nin ərazisi olmamışdır. İnzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir və heç bir inzibati xəta olmadığından icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardadından müəyyən olunmuşdur ki, Xaçmaz rayon Nabran qəsəbəsi, Meşəli kəndi Şəxs MMC-nə məxsus istirahət mərkəzində, 20 sentyabr 2024-cü il tarixdə istirahət mərkəzinin təmizləyici qurğusunun çıxışından götürülən su nümunələrində ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuşdur. İş materiallarına əlavə edilmiş X9 Monitorinq İdarəsinin 30 avqust 2024-cü il tarixli, 524 nömrəli aktından müəyyən olunmuşdur ki, montorinq aparılarkən laborator təhlillər üçün götürülən nümunələrin həcmi – X3 yaxınlığından keçən axar: pl 47.51, mb 382 göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda Xaçmaz rayon Nabran qəsəbəsi, Meşəli kəndi Şəxs MMC-nə məxsus istirahət mərkəzində, 20 sentyabr 2024-cü il tarixdə istirahət mərkəzinin təmizləyici qurğusunun çıxışından götürülən su nümunələrində ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması qeyd olunsa da, X9 Monitorinq İdarəsinin 30 avqust 2024-cü il tarixli, 524 nömrəli aktında isə 20 sentyabr 2024-cü il tarixdə keçirilmiş monitorinqin Şəxs MMC-nə məxsus istirahət mərkəzinin yaxınlığından keçən axarda aparılması müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar