Məhkəmə qərarları › İş №3(067)-1365/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1365/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1365/2022 13.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs tərəfindən Xaçmaz rayonu Ləcət kəndi ərazsində yerləşən “Ləcət Market” obyektinin reklamının müvafiq icazə olmadan açıq məkanda qanunsuz yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, 10 avqust 2022-ci il tarixdə Şəxs reklam yayımının dayandırıması ilə bağlı akt göndərilmişdir. Lakin şəxs həmin reklamın yayımını dayandırıması ilə bağlı bildirişə heç bir məhəl qoymayaraq, reklam yayımını davam etdirmişdir. Reklam yayımının dayandırlması ilə bağlı vətəndaş barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həmin obyekt bundan öncə bacısı işlətmiş sonralar isə fəlaiyyəti dayandırılmışdır. Sonradan yəni 7-8 ay bundan öncə o, adına VÖEN açdıraraq yenidən həmin obyektin fəaliyyətini davam etdirmişdir. İş materiallarına və inzibati xəta protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə sübut kimi təqdim edilən foto şəkil hazırki obyektin şəkli ilə uyğun deyil belə ki, hazırda həmin obyektin qabağı asvalt örtüyü ilə örtülmüş və obyektin şüşələrindən şirəli içkilərin reklamı tamamilə çıxarılmışdır. Ancaq adı yəni, Ləcət Market sözü yazılmış reklam lövhəsi qalmışdır. O, həmin obyekti işlətməyə təzə başlamışdır. Bundan əlavə olaraq bildirmişdir ki, əksinə reklam servisin əməkdaşları onun açıq məkanda reklam yerləşdirməsindən başqa onunla qəsdi qərəzçilik mövqeyi nümayiş etdirməklə onu işləməyə qoymurlar. Qeyd olunanları nəzərə alaraq barəsində başlanmış olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir; İşdə olan sənədlərdən görünür ki, Şəxs açıq havada yerləşdirilmiş reklam ilə bağlı qanunvericiliyin tələbinin gözlənilməsi ilə bağlı və görüləcək məsuliyyət tədbiri barədə müraciət edilmiş, həmin müraciət ona poçt vasitəsi ilə təqdim olunmuş, keçirilən monitorinq nəticəsində onun həmin reklamı sökmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 23 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Xaçmaz rayonu Ləcət kəndi ərazsində yerləşən “Ləcət Market” müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkildən görünür ki, açıq məkanda “Ləcət market” sözləri yazılmış reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni,müvafiq icazə olmadan,həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən ünvan 1 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ. Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar