Məhkəmə qərarları › İş №3(067)-1365/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1365/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1365/2024 10.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardad qəbul edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, Xaçmaz rayon Seyidlikəndyeri ərazisində, 20 sentyabr 2024-cü ildə, Şəxs MMC-nə məxsus istirahət mərkəzinin su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuların olmadan (fəaliyyət göstərməsi) istismar edilməsi müəyyən edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, X5 Nazirliyi X7 Monitorinq İdarəsinin Şimal bölgəsində yerləşən rayonların sahil zolağında keçirilmiş monitorinqlər haqqında xx.xx.2024-cü il tarixində informasiya bülletenində Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsi ərazisində yerləşən Şəxs MMC-nə məxsus istirahət mərkəzində formalaşan tullantı sularının təmizlənməsi üçün mövcud olan təmizləyici qurğuların fəaliyyət göstərmədiyini və tullantı sularının təmizlənmədən təbii arxa axıdıldığı qeyd olunmuşdur. Bu da Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunun 31-32-ci maddələrinin tələblərini pozmuşdur. MKT-i ilə müqavilə bərk tullantıların daşınması üçün bağlanmışdır. Çirkab sularının axıdılması ilə bağlı heç bir müqavilə yoxdur. Kanalizasiya sistemi olmayan ərazilərdə xüsusi qurğular olmalıdır və bu mütləqdir. Şəxs istirahət mərkəzinin ərazisinə baxış keçirilən zaman həmin qurğuların işləməməsi qeyd olunub. Monitorinq yay aylarında keçirilmişdir və nümunələri 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi götürməmişdir. Həmin monitorinq X7 Monitorinq idarəsi tərəfindən keçirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs direktoru X3 nümayəndəsi və vəkili Nümayəndə çıxışı zamanı göstərmişdir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında 264.0.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs MMC-i il ərzində 3 ay, yay aylarında fəaliyyət göstərir, istirahət mərkəzidir. Oktyabr ayında protokol tərtib olunmuş və həmin ayda da Şəxs istirahət mərkəzində heç kim olmamışdır. İstirahət mərkəzi monitorinq zamanı fəaliyyət göstərmədiyindən həmin çirkab suların hansı ərazidən götürülməsi dəqiq məlum deyildir. Habelə çirkab suların təmizlənməsi üçün olan qurğular istirahət mərkəzi fəaliyyət etdiyi müddət ərzində işləmiş, lakin monitorinq keçirilən zaman istirahət mərkəzi fəaliyyət göstərməmişdir. Tahir Qədəşov akta imzalamamış, həmin vaxt Tahir Qədəşov istirahət mərkəzində olmamışdır. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən layihə vardır və iş materiallarına əlavə edilmişdir. Bu layihədə tullantı-çirkab sularının təmizlənməsi üçün qurğu-kompressor binası mövcud olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixdə məişət tullantılarının daşınmasına dair MKT-i ilə müqavilə bağlanılmışdır və həmin müqavilənin surəti iş materiallarına əlavə edilmişdir. Hesab edirik ki, tərtib edilmiş protokol əsassızdır, inzibati xəta hadisəsi olmamış, heç bir inzibati xəta tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Şəxs direktoru, sürücünün, su nəzarətçisinin, generatorçunun, bağbanın, baş mühasibin və elektrikin imzalarıyla təsdiq edilmiş 01 iyun 2024-cü il tarixli aktdan müəyyən olunur ki, Şəxs istirahət mərkəzinin daxilində olan Velensa şirkətinə məxsus olan “çirkab suların təmizlənmə qurğuzu və kompressor binası” 01 iyun 2024-cü il tarixdə işlək vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardadından müəyyən olunmuşdur ki, Xaçmaz rayon Seyidlikəndyeri ərazisində, 20 sentyabr 2024-cü ildə, Şəxs MMC-nə məxsus istirahət mərkəzinin su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuların olmadan (fəaliyyət göstərməsi) istismar edilməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Xaçmaz rayon Seyidlikəndyeri ərazisində, 20 sentyabr 2024-cü ildə, Şəxs MMCnə məxsus istirahət mərkəzinin su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğular olmadan (fəaliyyət göstərməsi) istismar edilməsi müəyyən edildiyi qeyd olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs direktoru X3 nümayəndəsi və vəkili Nümayəndə 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu mübahisələndirərək, bildirmişdir ki, Şəxs MMC-nə məxsus Şəxs istirahət mərkəzi il ərzində yalnız 3 ay yay aylarında fəaliyyət göstərir. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol 28 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş və həmin ayda da Şəxs istirahət mərkəzində heç kim olmamışdır. İstirahət mərkəzi monitorinq zamanı fəaliyyət göstərmədiyindən həmin çirkab suların hansı ərazidən götürülməsi dəqiq məlum deyildir. Həmçinin 01 iyun 2024-cü il tarixli aktın məzmunundan görünür ki, Şəxs istirahət mərkəzinin daxilində olan Velensa şirkətinə məxsus olan “çirkab suların təmizlənmə qurğuzu və kompressor binası” 01 iyun 2024-cü il tarixdə işlək vəziyyətdə olmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən X5 Nazirliyi X7 Monitorinq İdarəsinin Şimal bölgəsində yerləşən rayonların sahil zolağında keçirilmiş monitorinqlərin nəticələri, o cümlədən monitorinq üçün nümunələrin bilavasitə Şəxs MMCnə məxsus Şəxs istirahət mərkəzinin ərazisindən götürülməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, təqdim edilən fotoşəkillərdə isə qurğuların yerləşdiyi ərazi deyil, yalnız qurğuların təsviri əks olunduğundan, həmin qurğuların məhz Şəxs istirahət mərkəzinin ərazisindəki qurğular olması müəyyən olunmur. Belə olan halda Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsi ərazisində yerləşən Şəxs MMC tərəfindən su obyektlərinin çirklənməsi, zibillənməsi və suların zərərli təsirinin qarşısını alan qurğular olmadan (fəaliyyət göstərməsi) istismar edilməsi faktı sübuta yetirilmir. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar