Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1366/2024 19.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 mütəxəssis X1 iştirakları ilə Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Azərbaycan “X6” Qapalı Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardad qəbul edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin İstehsalat İdarəsinin X4, 20 sentyabr 2024-cü il tarixdə istirahət mərkəzinin təmizləyici qurğusunun çıxışından götürülən su nümunələrində ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsi tərəfindən Şimal bölgəsində monitorinq keçirilmişdir. Monitorinq zamanı Xaçmaz rayonu, İstisu qəsəbəsində Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin İstehsalat İdarəsinin X2 tullantı sularından təmizləyici qurğunun çıxışından analiz nümunələri götürülmüşdür. Analiz nümunələrinə əsasən ətraf mühitə axıdılan tullantı suların tərkibində zəhərli maddələrin normadan artıq olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə X7 Monitorinq İdarəsi tərəfindən məktub daxil olmuşdur. Həmin məktuba əsasən 28 oktyabr 2024-cü il tarixində müəssisə barəsində hüquqi şəxs qismində İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsi tərəfindən 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə 20 sentyabr 2024-cü il tarixdə məktub qaxıl olmuşdur. Lakin müəssisənin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmadığından və eyni zamanda akta əsasən iştirak etməkdən imtina etdiklərindən inzibati xəta haqqında protokol 28 oktyabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən sözügedən inzibati xəta haqqında protokol faktlar əsasında tərtib olunduğundan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 2019-cu il tarixdə Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyəti ilə "xxxx" MMC-nin arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinin “BİOCAS P-300” çirkab suların təmizləyici qurğusunun Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən Azərbaycan X6 QSC-də quraşdırılması olmuşdur. Bundan başqa çirkab suların təmizlənməsi qurğusuna xidmət göstərilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. O, “BİOCAS P-300” çirkab suların təmizləyici qurğusu 99% təmizləmə göstəricisi olan, gün ərzində 90 kubmetr suyu təmizləmə gücünə sahib olan və təmizlənmiş suyun özündə saxlama gücünə sahib olan müasir qurğudur. Həmin qurğudan götürülmüş su nümunələrində zəhərli maddələrin müəyyən edilməsi mümkün deyildir, çünki həmin qurğuya kifayət qədər böyük məbləğ ödənilmişdir. Həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 101-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsi tərəfindən monitorinq keçirilməsi barədə informasiya bülleteni 20 sentyabr 2024-cü ildə tərtib olunmasına baxmayaraq, akt və inzibati xəta haqqında protokol 28 oktyabr 2024-cü ildə tərtib olunmuşdur. Maddənin dispozisiyasına nəzər yetirilərsə təcrübədə İXMnin 233.1-ci maddəsi təmizləyici qurğunun ümumiyyətlə olmaması halında tərtib olunur. Lakin qurğu müəssisədə işlək vəziyyətdə olmuşdur. Əlavə olaraq bildirmişdir ki, şimal bölgəsində yeganə müəssisədir ki, 96 min avro məbləğində təmizləyici su qurğusu ilə təchiz olunmuş və həmin qurğuya xidmət göstərilməsi üçün hər ay olmaqla pul ayrılmışdır. Bu da ekologiyanın təmiz saxlanmasına hansı qaydada həssas davranıldığını sübuta yetirilir. Həmçinin məhkəmə araşdırması zamanı həmin çirkab suyun onlara məxsus qurğudan götürülməsini qarşı tərəf sübuta yetirə bilməmişlər. Eyni zamanda qarşı tərəfin monitorinq zamanı iştirak etməsi ilə əlaqədar təqdim etdiyi fotoşəkildə mütəxəssis qismində məhkəmə iclasında iştirak edən şəxsin monitorinqdə iştirak etməsi barədə səlahiyyətinin olub-olmamasıda sübuta yetirilməmişdir. Ümumiyyətlə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən iş materialları düzgün tərtib olunmamış, inzibati xətanın predmeti olan su nümunəsinin onlara məxsus qurğudan axıdılması sübuta yetirilməmiş, yalnız formal mülahizələrə əsaslanılmışdır. İnzibati xəta haqqında protokolun qanunsuz və əsassız olmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis izahat verərək bildirmişdir ki, avqust ayının sonlarında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin əməkdaşı olaraq sahil zolağında dolayısı və ya birbaşa Xəzər dənizinə axıdılan suların tərkibinin yoxlanılması məqsədilə monitorinqlər keçirilmişdir. Şəxs QSC-yə aid Dənizçi istirahət mərkəzinə monitorinq keçirilməmişdir. Axara axıdılan suyun nə dərəcədə təmiz olması məqsədilə yalnız təmizləyici su qurğusundan su nümunələri götürülüb qablaşdırıldıqdan sonra üzəri möhürlənib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhərində yerləşən laboratoriyasında analiz olunması üçün göndərilmişdir. Lakin tərəflərindən qurğunun işlək vəziyyətdə olub-olmaması yoxlanılmamışdır. Su nümunələri götürülərkən müəssisənin mühafizəçisinə müdriyyətin iştirakı ilə əlaqədar məlumat verilmiş, lakin müdriyyət iştirak etməkdən imtina etmişdir. Həmçinin o, monitorinq keçirilən zaman videoçəkiliş və ya fotoçəkilişdən istifadə etmək barədə əsasnamələrində göstərilmədiyini bildirmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci ilə başlanmış icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardadından müəyyən olunmuşdur ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin İstehsalat İdarəsinin X4, 20 sentyabr 2024-cü il tarixdə istirahət mərkəzinin təmizləyici qurğusunun çıxışından götürülən su nümunələrində ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuşdur. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, 87645 nömrəli “Akt”dan və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin 20 sentyabr 2024-cü il tarixli “İnformasiya bülleteni”ndən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin Şimal bölgəsində yerləşən rayonların sahil zolağında, “Dənizçi” istirahət mərkəzində monitorinq keçirilmişdir. - 23 iyul 2019-cu il tarixli, AZF2019/094 nömrəli “Alqı-satqı müqaviləsi”ndən və 27 iyul 2021-ci il tarixli, AZF2021/0022 nömrəli “Xidmət müqavilə”sindən müəyyən olunur ki, “BİOCAS P 300” çirkab su təmizləmə qurğusu alınmışdır və icraçı (satıcı) müqavilə ilə müəyyən edilmiş işləri yerinə yetirməyi, sifarişçi isə görülmüş işlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada icraçıya ödəməyi öhdəsinə götürür. İşlər sifarişçinin bu müqavilədə nəzərdə tutulmuş qaydada verdiyi sifariş əsasında yerinə yetirilir və sifariş verilmədiyi halda xidmət göstərilmir. - 24 may 2024-cü il tarixli, 21 iyun 2024-cü il tarixli və 08 avqust 2024-cü il tarixli “Təhvil-təslim akt”larından müəyyən edilir ki, “BİOCAS P 300” çirkab su təmizləmə qurğusuna mövsümü xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. - İş materiallarına çirkab suların təmizlənməsi qurğusunun fotoşəkilləri əlavə olunmuşdur. «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun: 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20 sentyabr 2024-cü il tarixli “Şimal bölgəsi və Bakı şəhərində keçirilmiş monitorinqlər haqqında” bülletenə əsasən keçirilmiş monitorinq nəticəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (istehsalat idarəsinin “Dənizçi” istirahət bazasının) təmizləyici qurğusunun çıxışından götürülən su nümunələrində ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının normadan çox olması müəyyən edilmiş, 28 oktyabr 2024-cü il tarixdə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 87645 nömrəli “Akt” tərtib edilmiş və hüquqi şəxsin barəsində 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə qeyd edir ki, monitorinqin məhz barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə məxsus təmizləyici qurğudan çıxan suyun axıdıldığı yerdə aparıldığı və laborator təhlilin həmin hüquqi şəxsə məxsus təmizləyici qurğunun çıxışından götürülmüş su nümunəsi üzərində aparıldığı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və keçirildiyi bildirilən bu monitorinqin aparılmasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bundan başqa, monitorinqin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyata alınması barədə məhkəməyə çıxarış da təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan monitorinqin nəticələrinə dair 20 sentyabr 2024-cü il tarixli bülletenin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin sözlərinə görə sentyabr ayının sonu - oktyabr ayının əvvəlləri idarəyə göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol 29 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş və bu müddət ərzində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında icraat barədə rəsmi məlumat verilməyərək İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, 20 sentyabr 2024-cü il tarixli “Şimal bölgəsi və Bakı şəhərində keçirilmiş monitorinqlər haqqında” bülletendə - “Qurğuya baxış zamanı ona lazımi xidmət olunmadığından reqlamentə uyğun işləmədiyi tərəfimizdən müəyyən edilmişdir” – qeyd edilsə də, məhkəmə iclasına çağırılmış və həmin monitorinqdə iştirak etdiyini bildirən mütəxəssis öz izahatında qurğuya baxış keçirmədiklərini və reqlamentə uyğun işləyibişləmədiyini yoxlamadıqlarını bildirmişdir. Bunun əksinə olaraq, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən olunur ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmizləyici qurğuya vaxtaşırı xidmət göstərilməsi təmin edilmiş, sonuncu xidmət 8 avqust 2024-cü il tarixdə göstərilmişdir. Bununla da, qeyd olunan protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (istehsalat idarəsinin “Dənizçi” istirahət bazasının) təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməzlər. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala 20 sentyabr 2024-cü il tarixli “Şimal bölgəsi və Bakı şəhərində keçirilmiş monitorinqlər haqqında” bülleten, 28 oktyabr 2024-cü il tarixdə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 87645 nömrəli “Akt” və hüquqi şəxs barəsində 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol istisna olmaqla Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (istehsalat idarəsinin “Dənizçi” istirahət bazasının) əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1366/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1366/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver