Məhkəmə qərarları › İş №3(067)-1367/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1367/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1367/2022 30.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, tələbkar X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-293/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs bir ədəd qızıl sep və bir ədəd qızıl qolbaq, həmin qızıl zinət əşyaları olmadığı halda onların ümumi dəyəri olan 2400 manat pul alınaraq iddiaçı X2 ödənilməlidir. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş verilmişdir. İş üzrə borcluya dəfələrlə borcunun ödənilməsi barədə xəbərdarlıq olunsa da o, icra sənədini icra etməmişdir. Hazıradək heç bir ödəniş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-293/2022 saylı icra sənədi icra və probasiya şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, izahatları alınmışdır. Borclu hazıradək heç bir ödəniş etməmişdir. Bir dəfə tələbkara 4 qramlıq qızıl zinət əşyası təklif etmiş, tələbkar qəbul etməmişdir. Məhkəmə iclasında tələbkar izahatında bildirdi ki, borclu qeyd olunan icra sənədinə əsasən ona heç bir məbləğ ödəməmişdir. Həmçinin bildirmişdir ki, o, borcunun bir dəfəyə tam olaraq ödənməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirdi ki, qeyd olunan icra sənədinə əsasən o, tələbkara bir ədəd qızıl sep və bir ədəd qızıl qolbaq, həmin əşyalar olmadıqda isə onların ümumi dəyəri olan 2400 manat pulu ödəməlidir. Onun maddi imkanı yoxdur, tələbkara hər ay 4-5 qram qızıl verə bilər. Həmçinin yaxın günlərdə tələbkara 10 qramlıq qızıl qolbağ verə biləcəyini, hazırda isə ödəniş edə bilmədiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatlarında borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, 56 yaşının olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1966-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar