Məhkəmə qərarları › İş №3(067)-137/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-137/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-137/2024 14.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, O.Mirzəyev küçəsi ev 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs inzibati tənbeh kimi təyin olunmuş 170 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmiş və ictimai işlər növündə inzibati tənbeh çəkməkdən qərəzli boyun qaçırmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməkdən imtina etmişdir Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)- 1456/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 170 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. İcra sənədi xx.xx.2023-cü ildə icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə ona elektron nəzarət təhkim edilmişdir. Şəxs təyin edilmiş ictimai işlər inzibati tənbeh növünü çəkməkdən mütəmadi olaraq imtina edir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə işdə olmadığı müəyyən edilmişdir, ictimai iş barədə qərarı icra etməkdən boyun qaçırır. Xaçmaz rayon İcra və X3 rayon Mənzil Kommunal təsərrüfatı idarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Şəxs 08 dekabr 2023-cü il tarixdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində qeydiyyata götürülmüş və iş yeri Rauf Babayev küçəsi təyin edilmişdir. Lakin göndərişin təqdim edilməsindən sonra müəssisəyə gəlmədiyi üçün onun iş yeri barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məlumat vermək mümkün olmamışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qərarı ilə təyin edilmiş 170 saat ictimai işləri çəkməkdən yayınmış, əməlindən peşmandır. Bundan sonra həmin tənbehi yerinə yetirəcək, bir də tənbehin icrasından yayınmayacaqdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində həbs seçilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 170 (yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 32-11 nömrəli bildirişdən görünür ki,Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 170 saat ictimai işlərə cəlb olunmuş və qeydiyyatdan keçmək üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli göndəriş məktubundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar Şəxs xx.xx.2023-cü il tarixdə Xaçmaz Mənzil Kommunal təsərrüfat İdarəsində olması və müəyyən edilmiş ictimai işləri yerinə yetirməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar borclunun izahatı alınmış, inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozacağı halda inzibati qaydada həbs oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə ünvanlanmış 07 dekabr 2023-cü il tarixli göndərişdən və məktubdan müəyyən edilir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 3(067)- 1456/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 170 saat ictimai işlər növündə inzibati tənbeh növü təyin edildiyindən Şəxs oğlu nəzarətə götürərək içtimai işlərə cəlb edib və bu barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi, tərəfindən onun üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməsi, işlədiyi saatların uçotunun aparılması, ictimai işin yerinə yetirilməsindən boyun qaçırdıqda dərhal bu barədə icra məmuruna məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz RİH-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 12 dekabr 2023-cü il tarixli, 162 nömrəli məktubdan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 dekabr 2023-cü il tarixli 1204 saylı göndərişi iilə əlaqədar inzibati tənbeh təyin edilmiş, Şəxs 08 oktyabr 2023-cü il tarixdən Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində qeydiyyata götürülmüş, iş yeri Rauf Babayev küçəsi təyin edilmiş və onun iş saatı 09:00-dan 13:00-dək təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz RİH-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 09 fevral 2024cü il tarixli, 15 nömrəli və 13 fevral 2024-cü il tarixli, 17 nömrəli məktublardan görünür ki, 07 dekabr 2023-cü il tarixli, 1204 saylı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin göndərişilə əlaqədar inzibati tənbeh təyin edilmiş Şəxs 08 dekabr 2023-cü il tarixdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində qeydiyyata götürülmüş və iş yeri Rauf Babayev küçəsi təyin edilmişdir. Lakin göndərişin təqdim edilməsi tarixindən sonra müəssisəyə təkrar gəlmədiyi üçün sözü gedən göndərişə görə onun iş yeri barədə məlumat məktubunu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 170 saat ictimai işlər inzibati tənbeh tətbiqini icra etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, xəbərdarlıqdan görünür ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 170 saat ictimai işlər inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozduğu üçün rəsmi xəbərdarlıq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ictimai işlərin görüldüyü yerə baş çəkmə barədə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Şəxs ictimai işləri yerinə yetirməsi üçün təyin edilmiş ərazidə olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, cəzasının icrasını lazımınca təmin etməmiş, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamışdır. Məhkəmə hesab edir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx.xx.1993-cü ildə Xudat şəhərində anadan olmuş, Xudat şəhəri, O.Mirzəyev küçəsi ev 21-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 15 fevral 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar