Məhkəmə qərarları › İş №3(067)-1370/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1370/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1370/2025 24.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, 2025-ci ilin fevral ayı ərzində **********9140 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən "qabığı təmizlənmiş fındıq" məhsullarının müqabilində qaytarılmalı olan 883.29 ABŞ dolları (1501.59 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2025-ci ilin fevral ayı ərzində **********9140 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən "qabığı təmizlənmiş fındıq" məhsullarının müqabilində qaytarılmalı olan 883.29 ABŞ dolları (1501.59 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Bununla yanaşı qeyd edir ki, Rusiya şirkəti tərəfindən xx.xx.2025-ci il tarixində Şəxs MMC-yə müqavilənin dəyəri olan rus rublunda ekvivalenti tam şəkildə köçürülmüşdür. Lakin inzibati xətanın törədilməsi həmin vəsaitin köçürülməsinə dair hesabatın gömrük portalında 1 gün gecikmə ilə bağlanması ilə əaqədardır. Məhkəmə iclasında barəsində inzibarti xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs MMC İlə Rusiyanın "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 0225-SA saylı müqaviləyə əsasən, ixrac olunmuş 22000 kq. təmizlənmiş fındıq məhsuluna görə müqavilə dəyəri olan 99000 ABŞ dolları məbləğində vəsaitin xx.xx.2025-ci il tarixində i rus rublunda ekvivalenti Şəxs MMC-nin hesablaşma hesabına köçürülməklə tam şəkildə ödənilmişdir. Lakin rus rublu ilə xx.xx.2025-ci il tarixində köçürülmüş həmin vəsait Şəxs MMC-nin "xxxx" ASC-nin Xaçmaz filialında olan AZ16RBTA******************** cari hesabına xx.xx.2025-ci il tarixində yenilənmiş məzənnəyə uyğun 8732443,50 RUR vəsait kimi daxil olmuş və məzənnə fərqi yaranmışdır. Vəsaitin Rusiyadan köçürüldüyü tarixdə, yəni xx.xx.2025-ci il tarixli məzənnəyə uyğun olaraq müqavilə dəyərinin rus rublunda olan ekvivalenti tam şəkildə qarşı tərəfdən köçürülmüşdür. Xidmət olunduğu Banka müvafiq sənədləri müəyyən olunmuş 180 günü ötürmədən təqdim etmiş, hesabatın gömrük portalında 181-ci gündə bağlanmasında onun təqsiri yoxdur. Məhkəmə iclasında şahid qisminə dindirilmiş "xxxx" ASC-nin baş əməliyyatçısı Şahid ifadəsində göstərmişdir ki, Bankın müştərisi Şəxs MMC-nin müqavilə üzrə 2025-ci ilin fevral ayında Rusiya Federasiyasına ixrac etdiyi malın dəyəri həmin ilin mart ayında xarici bankdan müəssisənin hesablaşma hesabına daxil olmuşdur. Lakin Şəxs MMC-nin nümayəndəsi müvafiq sənədləri Banka 180-cı günün tamamına bir həftə qalmış təqdim etsə də, portala sənədlər 180-ci gündə işlənmişdir. Lakin, Bank proqramının öz xüsusiyyətlərinə görə sənədlərin işlənməsi tarixi texniki olaraq səhəri günə, yəni 181-ci günə qeydə alınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilməmişdir. Ona görə də, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinə bilməz. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. İş materiallarında olan Rusiyanın "xxxx" MMC-nin Şəxs MMC-yə ünvanlandığı məktubdan müəyyən olunur ki, Şəxs MMC ilə Rusiyanın "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 0225-SA saylı müqaviləyə əsasən, ixrac olunmuş 22000 kq. təmizlənmiş fındıq məhsuluna görə müqavilə dəyəri olan 99000 ABŞ dolları məbləğində vəsait xx.xx.2025-ci il tarixində rus rubluna konvertasiya olunaraq Şəxs MMC-nin hesablaşma hesabına köçürülməklə tam şəkildə ödənilmişdir. İş materiallarında olan “Rabitəbank" ASC-nin Xaçmaz Filialının Şəxs MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 988 saylı məktubundan müəyyən olunur ki, Şəxs MMC ilə Rusiyanın "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 0225-SA saylı müqaviləyə əsasən, Şəxs MMC-nin "xxxx" ASC-nin Xaçmaz filialında olan AZ16RBTA******************** cari hesabına xx.xx.2025-ci il tarixində 8732443,50 RUR vəsait daxil olmuş və həmin ödəniş gömrük portalında **********9140 saylı YGB-yə xx.xx.2025-ci il tarixində, yəni müəyyən olunmuş müddətdən 1 gün gec - 181-ci gündə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati məsuliyyət xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, ixrac olunmuş məhsulun tam dəyəri icrac əməliyyatında 1 ay sonra rus rublu ekvivalentində tam şəkildə Şəxs MMC-nin hesablaşma hesabına köçürülmüşdür. Müvafiq hesabatın portalda 1 gün gec bağlanmasında müəssisənin təqsiri yoxdur. İnzibati məsuliyyət hesabatın gec işlənilməsinə görə deyil, məhz vəsaitin xaricdən qaytarılmamasına görə nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, ixrac olunmuş məhsulun dəyəri rus rublu ilə Şəxs MMC-nin bank hesabına qısa müddətdə köçürülmüşdür. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs MMC-nin inzibati xəta törətməsi təsdiqini tapmamış və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar