Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1374/2024 27.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə X4 Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidməti baş X1nun inzibati xəta haqqında 26 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Yol Patrul Xidməti baş X1 tərəfindən onun barəsində qəbul olunmuş 26 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərara xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 22:51 radələrində idarə etdiyi HYUNDAİ H100 YÜK **-HZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə Bakı Şəhəri istiqamətdə, yəni Bakı Prospekti ilə hərəkətdə olarkən, Xaçmaz rayonu, Yol Patrul Xidməti İspektoru Polis Baş X1 ona dayanma əmri vermiş və o, avtonəqliyyat vasitəsini yolun kənarına çəkərək dayandırmışdır. X3 avtonəqliyyat vasitəsindən aşağı enməli olduğunu, onun svetoforun qırmızı işığında hərəkəti davam etdiyini bildirmişdir. O, dəfələrlə ona svetoforun qadağan edici işarəsi verilməmədiyini və svetoforun yaşıl işığında keçdiyini izah etmişdir. O, protokolun tərtib edilməsindən narazı olduğunu bildirsə də, polis əməkdaşları ona video görüntünün olduğunu və onun hərəkətdə olan zaman yaşıl işıq olmadığını bildirmişlər. Xaçmaz rayon Yol Patrul Xidməti baş X1 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXP-nin 327.2-ci maddəs ilə protokol tərtib tərtib etmişdir. O, qanunsuz qəbul edilən qərarın ləğv olunmasına və ədalətli məhkəmə prossesinin keçirilməsinə çox ümiddir. Qərardan şikayət vermiş şəxs X7 və inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 və inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmasına dair Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidmətinin 26 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidmətinə tapşırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidmətinin 26 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən yolda (Xaçmaz, Sülh 8, GPS: 41,4500866,48,7912802) X7 tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən qaydanın pozulub-pozulmaması müəyyən edilmədiyindən və qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidməti tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən şikayət qismən təmin edilməli, Xaçmaz rayon X9 X10 Yol- Patrul Xidməti baş X1nun inzibati xəta haqqında 26 oktyabr 2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, X7 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidməti baş X1nun inzibati xəta haqqında 26 oktyabr 2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və işə yenidən baxılması Xaçmaz rayon X9 X10 Yol-Patrul Xidmətinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-1374/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1374/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver