Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1377/2023 11.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi İclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsindən Şəxs barəsində tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 25 sentyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində Xudat şəhəri ərazisində ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişin daşıma fəaliyyətini həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri (fərqlənmə nişanı) xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsinin əməkdaşlarına təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta hadisəsini törətməsinə işarə edən kifayət qədər dəlillər iş materiallarına əlavə edilməmişdir. Mühüm məsələ ondan ibarətdir ki, ** DT *** dövlət nömrə nişanlı avtomobilin Şəxs məxsus olmasına dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, Şəxs müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağı hansı hərəkətlərlə ifadə olması heç nə ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552,109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1377/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1377/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver