Məhkəmə qərarları › İş №3(067)-1378/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1378/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1378/2023 16.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin inzibati tənbeh vermə vermə haqqında qərarlarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovniki-leytenantı X6 tərəfindən onun barəsində hər bir qərar üzrə 300 manat, (ümumilikdə 2700 manat) cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilməsi barədə qəbul olunmuş EQ 16724932 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16757460 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16248042 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16314095 nömrəli xx.xx.2023- cü il tarixli, EQ 16441062 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 17055477 nömrəli xx.xx.2023-cü il tarixli və EQ 16569277 nömrəli xx.xx.2023cü il tarixli qərarlara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarlar çıxarmış orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, müxtəlif və müxtəlif radələrdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini texniki baxışdan keçmədən idarə etdiyinə, dayanma-durmaya və 20 km sürət həddinə əməl etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci, 346.2ci, 469.3-cü, 328.1-ci maddələri ilə 50 manat və 20 manat cərimə olunmuşdur. Lakin cərimədən xəbərsiz olaraq mobil tədbiq olan SMS radar adlı proqram yükləyərək orada görmüşdür ki, 50 manat cərimə olduğu halda cərimə səhvən 300 manat hesablanmış, 20 manat olduğu halda yenə da 300 manat cərimə olunmuşdur. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinə şifahi olaraq müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, onu Xaçmaz rayon X9 X13 deyil,DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidməti cərimə etmişdir. Ona həmin qərarlara xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnikileytenantı X6 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci, 346.2-ci, 469.3-cü, 328.1-ci maddələri ilə təqsirli bilinərək hər bir qərar üzrə 300 manat, (ümumilikdə 2700 manat) cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilməsi barədə qəbul olunmuş EQ 16724932 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16757460 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16248042 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16314095 nömrəli xx.xx.2023- cü il tarixli, EQ 16441062 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 17055477 nömrəli xx.xx.2023-cü il tarixli və EQ 16569277 nömrəli xx.xx.2023-cü il tarixli qərarlara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərarlardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müraciət edərək və şikayətdə göstərilən xüsusatlara uyğun izahat verməklə şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında qərarlır çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16248042 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı-Quba yolunun 111-ci km-də Bakı istiqamətdə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16314095 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Qəndov-Yalama yolu yolunun 3.7-ci km-də Bakı istiqamətdə hərəkətdə olarkən nəqliyyat vasitəsini sığorta müqaviləsi bağlamadan idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16441062 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Qəndob-Yalama yolu yolunun 3.7-ci km-də Bakı istiqamətdə hərəkətdə olarkən nəqliyyat vasitəsini texniki baxışdan keçmədən idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 26724932 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, 20 yanvar ərazisində hərəkətdə olarkən dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16757460 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Qəndob-Yalama yolu yolunun 3.7-ci km-də Bakı istiqamətdə hərəkətdə olarkən nəqliyyat vasitəsini sığorta müqaviləsi bağlamadan idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17055477 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin polis polkovnik-leytenantı X7 tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16569277 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, A.Bakıxanov küçəsi ərazisində dayanmadurma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(067)-1654/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X1 rayon məhkəməsinin qeyd olunan qərarı ilə Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 25 may 2023-cü il tarixli, 3(067)-657/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X1 rayon məhkəməsinin qeyd olunan qərarı ilə Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməklə X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 17065477 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş orqana qaytarılmalı, şikayət EQ 16724932 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16757460 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16248042 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16314095 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16441062 nömrəli xx.xx.2023-cü il tarixli və EQ 16569277 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlara münasibətdə isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə görə, Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ərizəsi əsasında Xaçmaz rayon məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 3(067)-1654/2022 saylı qərarı ilə E.N.İbrahimovun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətə məhdudlaşdırılmasına dair Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(067)-1654/2022 nömrəli qərarına İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə (İXP4704507) əsasən xitam verilmiş və beləliklə də şəxsin üzərindən 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması götürülmüşdür. Buna baxmayaraq o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 17065477 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat miqdarında cərimə olunması əvəzinə İXM-nin 332.2-ci maddəsinin müddəaları (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) əsas götürülməklə 300 manat məbləğində cərimə edilmişdir. Başqa sözlə şəxs barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan isə 300 manat miqdarında cərimə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, şikayət həmin həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət– şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 23 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa belə həmin xətanı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı dövrdə törətməsini sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2023-cü il tarixli, EQ 17065477 nömrəli inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmadan və inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Lakin məhkəmə hesab edir ki, X3 digər tarixlərdəki inzibati xətaları nəqliyyat vasitəsini idarə etmək hüquq məhdudlaşdırıldığı dövrdə törətdiyindən onun hər bir qərar üzrə 300 manat miqdarında cərimə olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən çıxarılmış EQ 16724932 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16757460 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16248042 nömrəli xx.xx.2023-cü il tarixli, EQ 16314095 nömrəli xx.xx.2023-cü il tarixli və EQ 16569277 nömrəli xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 şikayət ərizəsi qismən təmin edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17065477 nömrəli inzibati tənbeh vermə haqqında qərarı səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmədiyindən ləğv edilməli və iş yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-137 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 17065477 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Şikayət qalan hissədə təmin edilməsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar