Məhkəmə qərarları › İş №3(067)-1379/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1379/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1379/2025 26.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Yataqoba kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Xaçmaz rayon PŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, o, nişan mərasimi zamanı şadlıq evində olmadığına görə ətraflı məlumatı yoxdur. Məhkəməyə yalnız inzibati materialı gətirmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə “Xoşbəxt Məkan” adlanan şadlıq evində 17 yaşlı qızı Fidan Hacıyevanın nişan mərasimini keçirmişdir. Mərasimi keçirmək üçün 2025-ci ilin aprel ayında şadlıq evinə sifariş vermiş, tarixi sentyabr ayının 25-nə təyin olunmuşdur. Sifarişi ondan Taleh deyil, başqa şəxs qəbul etmişdir. Qızının yetkinlik yaşına çatmaması barədə şadlıq evinin işçilərinə məlumat verməmişdir. Qızının toyunu yetkinlik yaşına çatdıqdan sonra edib köçürəcəkdir, yəni erkən evlilik etmək niyyəti olmamışdır. xx.xx.2025-ci il tarixində, saat 13 radələrində nişan mərasimi başlamış, təxminən saat 17 radələrində iki nəfər polis əməkdaşı yaxınlaşıb gəlinin 18 yaşı olmadığı üçün tədbirin dayandırılmalı olduğunu demişlər, o da onların bu tələbinə əməl etmiş, tədbir qısa müddətdə başa çatdırılmışdır. Polis əməkdaşları ilə onun arasında hər hansı mübahisə və ya münaqişə olmamış, onlara qarşı müqavimət və ya tabesizlik halı olmamış, onların qanuni tələblərinə əməl etmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən inzibati xəta törədilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar