Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-138/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi , barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1995-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz şəhəri, H.Aslanov küçəsi, D3 ev, 4 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə saat 19-35 radələrində Xaçmaz şəhəri Dağıstan küçəsində xidmət aparan polis əməkdaşları ilə kobud şəkildə danışaraq, nalayıq ifadələr işlətdiyinə görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19-35 radələrində Xaçmaz şəhəri Dağıstan küçəsində polis şöbəsinin digər əməkdaşı X5 ilə xidmət apararkən küçədə nalayıq ifadələr işlədən şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etsələr də, həmin şəxs qeyri-mədəni hərəkətlərinə davam etməklə yanaşı onlara qarşı kobud davranmağa başlamış və nalayıq ifadələrini yüksək səslə işlətməyə davam etmişdir. Bununla bağlı, şəxs Xaçmaz RPŞ-nə gətirilmiş və şöbədə məlum olmuşdur ki, o, Şəxsdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 Hikmət Fikrət oğlunun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan MN № ******* saylı xx xxxxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19-35 radələrində Xaçmaz şəhəri Dağıstan küçəsində polis əməkdaşları ilə kobud şəkildə danışaraq küçədə ünvansız yerə nalayiq ifadələr işlətdiyinə görə barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuş xx xxxxxx 2021-ci il tarixdə saat 19-20 də azad edilmişdir. İş materiallarında olan MN№0230865 saylı xx xxxxxx 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib ona 07 (yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 19:20-dən hesablansın. Şəxs saxlandığı xx xxxxxx 2021-ci il saat 23:00-dan xx xxxxxx 2021-ci il saat 19:20dək olan 01 (bir) günü həbs müddətindən çıxılsın və onun üzərində 06 (altı) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-138/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-138/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver