Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-138/2023 25.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Quba rayonunun Xaşı kəndində anadan оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun İstisu qəsəbəsində (Müqtədir qəsəbəsi) qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 23 yanvar 2023-cü il tarixdə sərxoş vəziyyətdə X2 yaşadığı ünvana gedərək sonuncu ilə mübahisə edib ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, 23 yanvar 2023-cü il tarixdə, gecə saatlarında yeddi ədəd “Go” adlı spirtli içki qəbul edərək sərxoş olmuş və zərərçəkmiş şəxs X4 şəhərindəki evinə gedərək səsküy yaratmış və zərərçəkmişi narahat etmişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. X5 yaşadığı ünvana getməsinin səbəbi həmin ünvanda onun tanıdığı Zəkəriyyə adlı qadının yaşaması olmuşdur, yəni o, həmin ünvana Zəkəriyyəyə görə getmişdir, onun sonuncu ilə münasibəti olmuşdur. Həmçinin bildirmişdir ki, o, həmin əməli törədərkən sərxoş vəziyyətdə olmuş, nə etdiyini bilməmişdir, bir daha zərərçəkmişi narahat etməyəcəyinə, spirtli içki qəbul etməyəcəyinə söz vermişdir. O, əvvəllər evli olmuş və ayrılmış, bir uşağı var və aliment ödəyir. Zərərçəkmiş şəxsdən üzr istədiyini, cavan olmasının nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs hazırkı əməli törətməsi birinci dəfə deyildir. Belə ki, Şəxs onun evində yaşayan Zəkəriyyə adlı qadına görə müntəzəm olaraq və dəfələrlə onun yaşadığı ünvana gələrək qapını, pəncərəni möhkəm döymüş, evin damına daş atmış, səsküy yaratmış, nalayiq ifadələr işlətmişdir. O, dəfələrlə onun barəsində polisə şikayət etmişdir. O, Şəxs hərəkətlərindən artıq bezmişdir. Şəxs barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli raportdan, ərizədən, izahatlardan və inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində Xudat şəhəri, H.Əliyev küçəsi ev 1-də yaşayan X3 DİN-nin 102-xidmətinə zəng edərək və Xudat PB-yə müraciət edərək Şəxs sərxoş halda onun evinin qapısını, pəncərəsini döyməsi, qapıya kiçik daşlar atması barədə məlumat vermişdir. İş materiallarında olan sərxoşluq hallarının tibbi müayinəsinə dair protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə qeyd olunan əməli törədərkən orta dərəcəli alkoqol sərxoşluğu halında olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 yanvar 2023-ci il saat 04:00-dan 25 yanvar 2023-cü il saat 11:00-dək inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1986-cı ildə Quba rayonunun Xaşı kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən, saat 17:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-138/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-138/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver