Məhkəmə qərarları › İş №3(067)-1383/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1383/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1383/2024 27.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Mürsəliqışlaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP seriyalı, ******* nömrəli, xx.xx.2024cü il tarixli protokol və ona əlavə edilmiş materiallar Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X5 X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmənin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, sonradan o, həmin nəqliyyat vasitəsini 2021-ci ildə həmkəndlisi Şahid satmış, sonuncu da həmin avtomobili sonradan adına rəsmiləşdirərək bir müddət idarə etdikdən sonra 2023-cü ildə Qusar şəhərində yaşayan X1. Başqa sözlə həmin nəqliyyat vasitəsi 2021-ci ildən faktiki olaraq onun istifadəsində deyildir. “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobiln hazırki istifadəçisi nəqliyyat vasitəsini idarə edərək yol hərəkəti qaytdalarını pozmasına baxmayaraq əsassız olaraq Dövlət X8 onun barəsində inzibati xəta haqqında protokollar tərtib edərək barəsində əsassız cərimə tənbehləri tətbiq etmişdir. Avtomobilin hazırki sahibinin yaşadığı ünvanına gedib nəqliyyat vasitəsini adına rəsmiləşdirməsini və bu məsələni yoluna qoymasını bildirsə də o, mübahisə yaradaraq heç bir cəriməni ödəmədiyini bildirmiş və əsassız cərimə məbləğləri onun üzərinə yüklənməkdədir. Qeyd olunan xəta əməli onun tərəfindən törədilmədiyindən bu məsələnin həlli ilə bağlı ona köməklik göstərilməsini və iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmkənlisi Şəxs məxsus olmuş, sonradan o, həmin nəqliyyat vasitəsini 2001-ci ildə ona satmış, avtomobili Nazimdən aldıqdan sonra həmin nəqliyyat vasitəsini adına rəsmiləşdirərək bir müddət idarə etmiş, 2023-cü ildə onu Qusar şəhərində yaşayan X1. Başqa sözlə həmin nəqliyyat vasitəsi 2021-ci ildən faktiki olaraq Şəxs istifadəsində deyildir. “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobiln hazırki istifadəçisi nəqliyyat vasitəsini idarə edərək yol hərəkəti qaytdalarını pozmasına baxmayaraq Dövlət X8 həmkəndlisi Nazim barəsində inzibati xəta haqqında protokollar tərtib edərək cərimə tənbehləri tətbiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs özünə məxsus və istifadəsində olmuş “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə həmkəndlisi Şahid satmış, sonuncu da həmin avtomobili sonradan adına rəsmiləşdirərək bir müddət idarə etdikdən sonra 2023-cü ildə Qusar şəhərində yaşayan X1. Başqa sözlə həmin nəqliyyat vasitəsi 2021-ci ildə faktiki olaraq onun istifadəsində olmamış, 2023-cü ildən Qusar şəhərində yaşayan X2 istifadəsindədir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta 16 iyun 2024-cü il tarixdə törədilmişdir. İnzibati xəta törətmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “QAZ 2410” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş notarial etibarnamələr və digər əməliyyatlar üzrə elektron sistemdən çıxarışla da yuxarıda göstərilən hallar öz təsdiqini tapmışdır. Başqa sözlə artıq özünə məxsus olmadığı və həmin nəqliyyat vasitəsini 16 iyun 2024-cü il tarixdə məhz idarə etmədiyi halda aidiyyatı olmayan şəxs- Şəxs barəsində inzibati xəta haqqında icraat başlanılaraq tərtib edilmiş müvafiq protokol və çıxarılmış qərar əsasında Şəxs barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tövsifedici əlaməti yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsindən ibarətdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan Şəxs ümumiyyətlə inzibati xəta hadisəsi törətməsi halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar